Yeməyinizə diqqət yetirin

6.06.2007 Yazını böyüt :       
Çikaqoda yerləşən Dad və Qoxu Tədqiqat Fondunun direktoru nevropatoloq və psixiatr Alan Hirş hesab edir ki, insanların həddən artıq çəki yığması qidanın televizoru seyr edərkən qəbulunun nəticəsidir.
X newsHəkim bildirir ki, proqramın hansı tipə mənsub olmasından da çox şey asılıdır. Belə ki, proqramın əyləncə dərəcəsinin artması ilə qəbul edilən yeməyin çəkisi də çoxalır. Belə qənaətə Hirş 45 könüllü üzərində apardığı eksperimentlərin nəticəsini əldə etdikdən sonra gəlib. Əsas məqsəd televizora baxarkən insanların dad və qoxuya nə dərəcədə həssas olmalarını üzə çıxarmaq, həmçinin qidaya nisbətdə onların davranışını müəyyənləşdirməkdən ibarət idi. Maraqlıdır, televizora baxan şəxslər adi halda qəbul etdiklərindən təqribən 40-45 faiz artıq yeyirlər. Bu isə belə qənaətə gəlməyə əsas verir: yalnız yeməklə məşğul olan şəxs dad və qoxulara, həmçinin orqanizminin tələblərinə daha diqqətli olur. Artıq çəkidən azad olmaq istəyənlərə Hirş süfrə arxasında əyləşərkən dad və qoxulara ciddi fikir verməyi məsləhət görür.



Mənbə: Həftə içi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 483 dəfə Çap variantı
Reyting: səs verilməyib
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər