Çeliklə Yeganənin klipi hazırdır
13.06.2007 Yazını böyüt :
Türk müğənni Çeliklə Yeganənin duet oxuduqları "Yürü, Azərbaycan" adlı mahnıya çəkilən klip tamamlanmaq üzrədir. Bu günlərdə ekran işi telekanalların əksəriyyətində yayımlanacaq. Bu barədə ekran işinin rejissoru Mahir Dərviş məlumat verib. Bildirib ki, vətənpərvərlik mövzusunda olan mahnının vokalını Çelik ifa edir. Yeganə isə klipdə üç obrazda - ibtidai sinif müəlliməsi, bağça müəlliməsi və fotoqraf kimi təqdim olunur. M.Dərviş qeyd etdi ki, Yeganə müəllim olaraq şagirdlərə vətənvərpərliyi təbliğ edirsə, fotoqraf obrazında Azərbaycanın tarixi abidələrini işıqlandırır. Qeyd edək ki, mahnının müəllifi Çelikdir.
Mənbə: Ayna
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

