"Azərbaycanda caza maraq artıb"

13.06.2007 Yazını böyüt :       
Fərhad Bədəlbəyli: "Əzizə Mustafazadə kimi gənclərimiz çoxdur"
X newsPaytaxtımızda "Baku Cazz Festivalı"nın silsilə tədbirləri davam etdirilir. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli festivalın Azərbaycanda keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayır: "Ötən illərə nəzər yetirsək görərik ki, bu gün caza olan maraq artıb. Həm də caz günü-gündən daha səviyyəli təqdim olunmaqdadır. Azərbaycana dünyanın ən inkişaf etmiş ölkələrindən caz ustaları gəlir. Bu, o deməkdir ki, artıq xaricdə də Azərbaycanı cazın məskəni kimi tanımağa başlayırlar". Bunu sevindirici hal kimi qeyd edən Fərhad Bədəlbəyli, hətta cazın Azərbaycanın adı ilə dünya arenasına çıxmasına gənclərin özünün marağı olduğunu bildirdi və gənc cazmenlərin bu istiqamətdə çalışdığını və hətta potensiallarının belə olduğunu dilə gətirdi. Ötən gün Opera və Balet Teatrında məşhur caz şahzadəsi Əzizə Mustafazadənin konsertinin təşkil olunmasına da münasibət bildirən Fərhad Bədəlbəyli vurğuladı ki, Əzizə Mustafazadə baxmayaraq ki, həmvətənləri qarşısında ilk dəfə idi ki, konsert verirdi, amma Azərbaycanı Avropada təmsil edir və dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edir. Azərbaycanı caz sahəsində xarici ölkələrdə təmsil edə biləcək Əzizə Mustafazadə kimi gənclərimiz çoxdur.
   Belə tədbirlərin gələcəkdə də yüksək səviyyədə keçiriləcəyini əminliklə qeyd edən Fərhad Bədəlbəyli bu sahədə həm gənclərimizin bacarığına, həm də tamaşaçıların zövqünə əminliyini bildirdi.
   Sonda bu sözləri indi keçirilən cazın insanlar tərəfindən tələbatına bariz nümunə kimi qiymətləndirdi.


Mənbə: 3 nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 209 dəfə Çap variantı
Reyting: səs verilməyib
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər