Fəxriyyə Xələfova tədris proqramı hazırlayacaq
13.06.2007 Yazını böyüt :Modelyer Fəxriyyə Xələfova Moskvada keçirilən "Gümüş sap-2007" beynəlxalq həvəskar və peşəkar dərzilər müsabiqəsində iştirak edib.
Müsabiqə Vyaçeslav Zaytsevin Moda Evi və "Britaniya Ali Dizayn məktəbi tələbələrinin işlərinin yekun sərgisi"nin himayəsi ilə keçirilib. Tədbirdə qonaq kimi iştirak edən modelyer müsabiqələrin təşkili, iş prinsipi, seçim turunun mexanizmi istiqamətində müəyyən təcrübə topladığını qeyd etdi.
"Əgər biz gələcəkdə dərzilər, tələbələr arasında belə müsabiqələr keçirsək, hazırlıq mexanizmlərini dərindən bilməliyik", - deyən F.Xələfova Mədəniyyət və İncəsənət Universitetinin rəssam-modelyer və dizayner fakültəsi üçün tədris proqramı işləyib hazırlamaq, bu ixtisasın nüfuzunu artırmaq üçün digər addımlar atmaq niyyətindədir.
Mənbə: Ayna
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

