Məleykə Əsədova yalana dözmədi

13.06.2007 Yazını böyüt :       
X ne252;s"Kim istəyər ki, ailəsi dağılsın, görün o məni nə dərəcəyə çatdırdı ki, bu addımı atdım"
Xalq artisti Məleykə Əsədovanın həyat yoldaşından ayrılması ilə bağlı söz-söhbətlər tükənmək bilmir. Aktrisanın ailəsindən boşanması ilə bağlı müxtəlif fikirlər dolaşmaqdadır. Məsələ ilə bağlı Məleykə xanmın özü ilə əlaqə saxladıq. Məleykə Əsədova eşitdiyimiz xəbəri təsdiqlədi və bildirdi ki, həyat yoldaşı ondan boşanmaq istəməsə də, bu addım məhz aktrisanın özü tərəfindən atılıb. Tezliklə məhkəmə yolu ilə ərindən ayrılacağını dilə gətirən aktrisa bildirdi ki, bunun bir neçə səbəbi var: "Mənim ondan ayrılmağımın birinci səbəbi yalan danışmasıdır. Mən ümumiyyətlə, bir insan kimi yalanı bağışlamıram, amma o mənə dəfələrlə yalan söyləyib. Bundan da başqa, biz tamamilə fərqli insanlarıq, fikirlərimiz bir-birinə heç cür uyğun gəlmir, xasiyyətlərimiz tutmur". Aktrisa qeyd etdi ki, yalan deyəndə bunu xəyanət kimi qəbul etməyək, Muradın özü də təsdiqləyir ki, o heç vaxt mənə xəyanət etməyib: "Sadəcə ailədaxili söhbətlər var ki, görürəm o mənə çox yalan söyləyir, bu, bir-iki dəfə olmayıb dəfələrlə baş verib. Ona görə də bu fikrimdə həqiqətən qətiyəm. Kim istəyər ki, ailəsi dağılsın, görün o məni nə dərəcəyə çatdırıb ki, bu addımı atdım və bundan başqa yolu da yoxdur". Həyatında isə heç bir şəxsin olmadığını deyən Məleykə xanım boşanma işləri ilə bağlı başının qarışıq olduğunu bildirdi. O qeyd etdi ki, bütün lazımi sənədlər aidiyyatı orqanlara verilib, yaxın vaxtlarda bu barədə uyğun qərar çıxarılacaq. Hazırda isə həm sənəti, həm də dünyaya gətirdiyi qızı üçün yaşadığını söyləyən Məleykə Əsədova bəlkə də gələcəkdə kimisə sevib ailə quracağını dedi. Hətta artıq indidən ona evlilik təklif edənlər də var. Amma Məleykə xanım bu təkliflərin hələ ki, onu maraqlandırmadığını bildirərək, gəzib-dolaşan artıq söz-söhbətlərə aydınlıq gətirməyə çalışdı.


Mənbə: 3 nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 312 dəfə Çap variantı
Reyting: Reyting: 2 (səslər: 5)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər