Avropa Yayımlar Birliyi İTV-yə "yox" deyib?
20.06.2007 Yazını böyüt :
Azərbaycanın "Eurovision"da taleyi iyulda məlum olacaq
Avropa Yayımlar Birliyinin İctimai Televiziya "Euovizion"da iştirakla bağlı ünvanladığı müraciətə cavab verməsiylə bağlı yayılan xəbər təsdiq edilmədi. Qeyd edək ki, məlumatda Yayımlar Birliyinin İTV-yə Azərbaycanın "Eurovizion 2008"-də təmsil olunmasına "yox" cavabı verməsi və 2009-cu ildə iştiraka icazə verdiyi deyilirdi. İTV-nin Yayım Şurasının mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov isə "OLAYLAR"a hələ birlikdən heç bir cavab almadıqlarını deyib. Amma bu cavab yaxın vaxtlarda mütləq alınacaq: "O məsələlərə hələ baxılmayıb. 2 ildir ki, bununla bağlı iş görülür. Artıq sonuncu mərhələ qalıb. Avropa Yayımlar Birliyinin komissiyasının toplantısında yekun qərar veriləcək". T.Əliyevin sözlərinə görə, toplantının iyul ayının sonunda keçirilməsi planlaşdırıb. Komissiya televiziyanı üzv qəbul etdikdən sonra Azərbaycanın nə vaxt təmsil olunacağıyla bağlı qərar çıxaracaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

