Xoşbəxt evliliyin sirri…

20.06.2007 Yazını böyüt :       

Yəqin ki, hər birimiz nikahdan az sonra boşanmış azı bir ailə tanıyırıq. Alimlər də bu problemi araşdırıb öyrənməyə çalışıblar.
X newsOnlardan biri, Kaliforniya Dövlət Universitetinin professoru Diana Qayhart deyir ki, bəzi hallarda ərlə arvad müvəqqəti anlaşılmazlıqları iki nəfərin xarakterindəki uyğunsuzluq kimi qəbul edib boşanırlar.

Qayhart və onun həmkarı «Evlilik və Ailə Terapiyası Jurnalı»nda öz araşdırmaları ilə bağlı məqalə dərc ediblər. Onlar belə bir fikir irəli sürürlər ki, xoşbəxt evliliyin sirri bundadır. Ailə həyatındakı bəzi anlaşılmazlıqları və bundan doğan mənəvi əzabı ötəri hal, həm də normal olduğunu qəbul etmək lazımdır:


«Adətən, bütün sevgililər evliliyin ilk il yarımından iki ilədək olan dövrünü xoşbəxt yaşayırlar. Bu dövr keçəndən sonra sevgi hormonu öz yerini elə bil gündəlik qayğılara və məişət məsələlərinə verir. Onda adama elə gəlir ki, sən öz yarını düzgün seçməmisən. Bu vaxt «Ax, mən necə də yanılmışam» deməkdənsə, «Bütün bunlar olan şeydir» söyləyib baş verənləri təbii hal kimi qarşılamaq daha düzgündür».

Qayhar deyir ki, tədqiqatlar göstərib ki, uzunmüddətli evlilikdə ərlə arvad həmişə yox, ancaq çox vaxt bir-birindən məmnun olurlar: «Xoşbəxt ailədə orta hesabla ərlə arvadın hər 5 yaxşı rəftarına 1 pis rəftar düşür. Xoşbəxt olmayan ailələrdə bu nisbət 50 50-yə olur».

Bəs görəsən, qadın və kişi öz həyat yoldaşının hansısa zəhlətökən xasiyyətinin öhdəsindən necə gələ bilər? Qayhart təklif edir ki, belə halda ən yaxşısı həmin xüsusiyyəti qəbul etmək və onun nə vaxtsa dəyişəcəyinə inanmaqdır. Maraqlıdır ki, bu cür inanc bəzən həqiqətən də həmin pis xarakterin dəyişməsinə gətirib çıxarır.


Mənbə: Azadlıq radiosu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 1041 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 6)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər