Aygün Kazımova Respublika Stadionunda "Öpsən" dedi
21.06.2007 Yazını böyüt :Dünən əməkdar artist Aygün Kazımovanın "Öpsən"adlı solo konserti gerçəkləşib.
Aygünsevərlərin neçə vaxtdan bəri intizarla gözlədikləri konsert proqramı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilib. Proqramdan əvvəl pərəstişkarlarını salamlayan müğənni azərbaycanlı olmasından, öz vətənində yaşamasından və fəaliyyət göstərməsindən qürur duyduğunu deyib. Sənətçi onun yaradıcılığını dəyərləndirən hər kəs üçün yüksək səviyyəli bir konsert vermək istədiyini bildirib. Repertuarındakı seçmə mahnıları səsləndirən müğənni proqram boyu yerli və Gürcüstandan gəlmiş rəqqasların müşayiətilə çıxış edib. 3 saata yaxın davam edən konsertdə A.Kazımovanın ifası dəfələrlə alqışlanıb. Tamaşaçılarına sürprizlər vəd edən müğənni, sözlərinə sadiq qalaraq, yeni klipini onlara təqdim edib. Ən böyük sürpriz isə konserti izləməyə gələn bir neçə nəfərin lotereya vasitəsilə mobil telefon, noutbuk, xarici markalı maşın və başqa hədiyyələr qazanması olub.
Yazdı: GÜNEL (525-ci qəzet)
Aygünsevərlərin neçə vaxtdan bəri intizarla gözlədikləri konsert proqramı Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilib. Proqramdan əvvəl pərəstişkarlarını salamlayan müğənni azərbaycanlı olmasından, öz vətənində yaşamasından və fəaliyyət göstərməsindən qürur duyduğunu deyib. Sənətçi onun yaradıcılığını dəyərləndirən hər kəs üçün yüksək səviyyəli bir konsert vermək istədiyini bildirib. Repertuarındakı seçmə mahnıları səsləndirən müğənni proqram boyu yerli və Gürcüstandan gəlmiş rəqqasların müşayiətilə çıxış edib. 3 saata yaxın davam edən konsertdə A.Kazımovanın ifası dəfələrlə alqışlanıb. Tamaşaçılarına sürprizlər vəd edən müğənni, sözlərinə sadiq qalaraq, yeni klipini onlara təqdim edib. Ən böyük sürpriz isə konserti izləməyə gələn bir neçə nəfərin lotereya vasitəsilə mobil telefon, noutbuk, xarici markalı maşın və başqa hədiyyələr qazanması olub. Yazdı: GÜNEL (525-ci qəzet)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

