SEVDA ƏLƏKBƏRZADƏ - "KLİP BAZARINDA YARIŞMIRAM"

21.06.2007 Yazını böyüt :       

Müğənni daha faydalı işlər görmək niyyətindədir

   
X news  "Pop musiqisinin olduğu kimi səslənməsini istərdim. Bəzən bizdə pop musiqisini cazla qarışdırırlar. Ancaq bunlar bir-birindən tamamilə fərqlidir. Bunun üçün Azərbaycanda yetərincə peşəkar insanlar var, ifaçılara onların məsləhəti vacibdir", - deyən Sevda Ələkbərzadə səs imkanlarını artırmaq üçün həm yerli, həm də əcnəbi mütəxəssislərdən öyrəndiyini diqqətə çatdırdı.
İncəsənət Universiteti, İtaliyada aldığı təhsil və hazırda Milli Konservatoriyada Ağaxan Abdullayevin sinfində muğam dərsi alan Sevda Ələkbərzadə müxtəlif ixtisaslar üzrə səs imkanlarını inkişaf etdirdiyini söylədi. Təhsili ilə əlaqədar son aylar muğama daha meylli olan müğənni onun cazla sintezinə çalışdığını söylədi.
Cazın inkişaf mərhələsindən söz açan Sevda xanım dedi ki, bəziləri hesab edirdilər ki, Azərbaycanda caz sənəti yoxdur, artıq bu sənət növü itib:
"Amma "Bakı Beynəlxalq Caz Festivalı" bu fikirləri alt-üst etdi. Düşünməməliyik ki, caz ancaq festivaldan festivala xatırlanmalıdır. Düzdür, Caz Mərkəzində adi günlərdə belə musiqilər səslənir, mübadilə və müzakirələr aparılır. Bunlarda mən də iştirak edirəm. Amma geniş təbliği üçün böyük işlər görülməlidir".
Sevda Ələkbərzadə deyir ki, o, mahnılarını daha çox etno-caz üslubunda, Afrika musiqisi və muğamlarla sintezlə oxuyur. Yaxın aylarda isə bu ifa tərzini yeni proqramda əks etdirəcək musiqili layihənin hazırlıqları başlayacaq. Müğənni öncə qeyd etdi ki, "Şəbi-hicran" adlı layihəsi mərhələli şəkildə davam etdiriləcək - öncə Azərbaycanda, daha sonra xarici ölkələrin səhnələrində. Amma müğənni klip çəkdirməyə bir o qədər meylli olmadığını söylədi:
"Kliplərimi efirdə olmaq xatirinə çəkdirmirəm. Düşünürəm ki, klip bazarında yarışmaqdansa, faydalı işlər görmək məqsədəuyğundur. Məsələn, yeni layihəmi hazırlayıb musiqi aləminə daha bir töhfə verə bilərəm".
Sonuncu layihəsinin mübahisələrə səbəb olduğunu müğənninin diqqətinə çatdırdıqda o, - "ifama Fidan və Xuraman Qasımova bacıları, Fərhad Bədəlbəyli kimi böyük sənətkarlar qiymət veriblər. Əslində tənqidə bir o qədər mənfi yanaşmıram. Əsl sənətkarların hamısı öz dövrlərində tənqidlə üzləşiblər. Hərənin musiqi zövqü müxtəlifdir. Bunları normal qəbul etmək lazımdır", - dedi.
Xarici şirkətlə müqaviləsinin şərtləri barədə danışan müğənni hazırda qarşı tərəflə danışıqlar aparıldığını diqqətə çatdırdı. Dedi ki, yaxın aylarda tamaşaçılar yaradıcılığının məhsulu ilə tanış olacaqlar.   


Yazdı:  XATUN (Ayna)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 226 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 1)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər