"Paxıllığımı çəkənlər çoxdur"

22.06.2007 Yazını böyüt :       
İlhamə Quliyeva: "Mən meqastarların meqastarıyam"
X newsXalq artisti İlhamə Quliyeva xəstəliyi ilə əlaqədar olaraq gəzən şayiələrə aydınlıq gətirmək məqsədilə mətbuat konfransı keçirdi. Müğənni qeyd etdi ki, xəstəliyi ilə bağlı bir çox şayiələr yayılsa da, onun əsas problemi qan təzyiqilə əlaqədar olub: "Bundan başqa ayaqlarım zəiflədiyindən yerimək qabiliyyətimi az qala itirəcəkdim.Mənə əsas diaqnoz əsəblərimin pozulması ilə qoyuldu. Mərkəzi Neftçilər Xəstəxanasının bütün həkim heyətinə minnətdarm ki, mənə həddindən artıq qayğı göstərdilər, hər şeylə təmin etdilər, lüks otaqda yerləşdirdilər". İlhamə xanım həkimlərin ona göstərdiyi nəvazişin hər bir dərmandan önəmli olduğunu vurğuladı və iki həftəyə səhhətinin tamamilə sağlam durumda olduğunu bildirdi: "Sənət yoldaşlarımdan məni ziyarətə gələnlər oldu, hətta içərisində sevmədiklərim də vardı, gəlişini gözləmədiyim də". Müğənni səhhəti ilə bağlı olaraq ona zəng edənlərin çoxluğundan söhbət açdı. Buna baxmayaraq, yalnız iki zəngə-Polad Bülbüloğlunun və Əbülfəs Qarayevin zənglərinə cavab verdiyini bildirdi.
   Bu məsələlərə aydınlıq gətirən müğənni şəxsən özü ilə əlaqədar eşitdiyi dedi-qodulardan da söhbət açdı. "Mənim xəstəxanada olmağımdan istifadə edib, sevinənlər də vardı, cürbəcür şayiələr yayanlar da. Belə çıxır ki, varlığım onları narahat edir. Mən demirəm ki, onlar mənim düşmənlərimdir, yox, sadəcə məni gözləri götürmür. Ümumiyyətlə, paxıllığımı çəkənlər çoxdur, bu da təbiidir, əgər bunlar olmasa, onda mən heç kiməm" deyən müğənni onu istəməyənlərə sərt mesaj göndərdi. İlhamə xanım "hər gün özümü nəzərlərdən qorumaq üçün üzərlik yandırıb, başıma fırladıram, bunu sizə də tövsiyə edirəm" deyə media nümayəndələrinə də məsləhət verdi. Sonra müğənni sənət dostları arasında "Meqastar" titulunu mənimsəyənlərə cavab verərək bununla da bu məsələnin qapanmasını istədi. O, bildirdi ki, "Əgər mən neçə illərdir dəbdən düşmürəmsə, Hollivid ulduzlarının kataloquna daxil olmuşamsa, deməli meqastarların meqastarıyam".
   Diqqətçəkən bir məsələni də nəzərinizə çatdıraq ki, müğənni bir qəzetdə öz adından gedən "Bizdə şou-biznes yoxdur, bardaq var" sərlövhəli yazını media nümayəndələrinə göstərərək bundan əsəbiləşdiyini söylədi və bildirdi ki, Azərbaycanda şou-biznes yox, xaos var.
   Sonda müğənni ciddi rejimdə dincəlmək üçün xarici ölkəyə üz tutacağını qeyd etdi. Bu arada baş tutmayan planlarından da söhbət açan İlhamə xanım qeyd etdi ki, iyulun 11-də 40 illiyimlə əlaqədar olaraq solo-konsert təşkil edəcəkdim, amma təəssüflər olsun ki, bu, məlum səbəblərdən təxirə düşdü. Sonda o, bu solo-konsertin və bir neçə proyektlərin sentyabrda reallaşacağını söylədi və böyük konsert salonlarını doldura biləcək özündən başqa heç bir müğənni görmədi.


Mənbə: 3 nöqtə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 390 dəfə Çap variantı
Reyting: Reyting: 2 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər