Ocean 13
24.06.2007 Yazını böyüt :
Hiyləgər qumarxana sahibi Willy Bank (bu rolu Al Pacino ifa edir) Danny Oceanın dostu və agıl verəni Reuben Tishkoffu tələyə düşürüb kritik bir vəziyyətdə xəstəxanaya düşməsinə səbəb olur. Lakin o bundan sonra başına gələcək hadisələrdən xəbərsiz bir vəziyyətdədir.
Səbəbi isə Willynin bu tələni fikirləşərkən mühüm bir amil – Oceanın digər dostlarıdır. Və bununla o özü də bilmədən digər dostlara ortaq bir məqsəd verir. Dostlar Willynin qələbə gecəsi sayıla biləcək gecəni - “Banka” adə verilmiş qumarxanın açılış gecəsini bərbad etmək üçün sözü bir yerə qoyurlar.
Dostların bununla baglı cızdıqları plan iki mərhələli olur. İlk əvvəl qumarxanada həmişə udulan stolları tərsinə çevirərək Willyni maddi yöndən məhv etmək. Ama bu planın yalnız maddi tərəfidir. Əsas zərbə isə Willynin qüruruna və mənliyinə vurulacaq..
Rejissor Steven Soderbergh, ssenarist isə Brian Koppelmandır.
Yazdı: Babək
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

