"N-brother"ə qeyri-sağlam rəqabət yaraşmaz"

25.06.2007 Yazını böyüt :       

Namiq: "Əksər qruplar bizi özünə rəqib sayır"
Xalid: "Qrupun əvvəlki üzvlərini Namiq müəllim öz gücünə sevdirdi"

X news "Şənbə qonağı" rubrikamızın budəfəki qonağı tanınmış qrup olan "N-brother"dir. Səhnəmizdə qrupların sayı çox olsa da, "N-brother" indiyə qədər öz sözünü demiş və özünəməxsus ifa tərzi ilə seçilən qruplardandır. Onlarla hal-əhval tutduqdan sonra həm bizim, həm də oxucularımızın suallarını səmimi şəkildə cavablandırmağa başladılar. Lakin qrup üzvlərindən biri Emil bəzi səbəblərdən olmasa da, onun əvəzində Tural və Xalidlə yanaşı suallara Namiq müəllimin özü cavab verdi.
- Qrupunuzu populyar və sevilən qruplar arasında görürsünüzmü?

   - Xalid: - Əlbəttə ki, görürük. Çünki "N-brother" artıq neçə illərdir ki, fəaliyyətdədir, bu müddət ərzində kifayət qədər öz sözünü deyib. Üzvləri arasında dəyişiklik olsa da, adını, populyarlığını saxlayıb. Ümumiyyətlə, qrupu sevdirmək, populyarlaşdırmaq üzvlərdən asılıdır. Qrupa gələn bilməlidir ki, bura nəyə gəlir. Odur ki, özümüzü fərqli və sevilən qruplar arasında sayırıq.

   - Digər qruplapdan fərqliliyiniz nədədir?

   - X: - İstər qrup olsun, istərsə də tək ifaçı onun xarici görünüşü və ifa tərzi əsas şərtdir. Buna görə də mənə elə gəlir ki, bu keyfiyyətlərimizlə biz fərqlənirik və bir-birimizi tamamlayırıq.

   Namiq: - Özünüz də bilirsiniz ki, axır vaxtlar qrupların sayı həddindən artıq çoxalıb. Solo ifaçıların öz yolu olduğu kimi, qrup ifaçılarının da öz yolu var. Qrupda ilk növbədə faktura olmalıdır, səs, musiqi savadı da mütləq öndə gedir. Yəni "N-brother"də bunların hamısı var, olanlar da göz qabağındadır. Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, həddindən çox oğlanlardan ibarət qrup yaranıb. Maraqlıdır ki, oğlan qrupları daha çoxdur, hamısı da üç nəfərdən ibarət və eyni geyimdə.

   Tural: - Elə qruplar da var ki, gözəl səsi, görünüşü var, amma sona qədər gedə bilmirlər. Məsələn, Namiq müəllim bizim həm rəhbərimiz, həm də prodüserimizdir, bizim fərqlənməyimiz, qabağa getməyimiz üçün onun bizə çox göməyi olur. Qrup 7 ildir yaranıb və bu, az müddət deyil. Qrupun fərqlənməsi üçün prodüsserdən çox şey asılıdır. Namiq müəllim bizim fərqlənməyimiz, yenilik etməyimiz üçün əlindən gələni edir.

   - Siz qrupa gələndə, artıq qrup populyarlıq qazanmışdı, üzvləri də kifayət qədər sevilirdi. Qrupun eks-üzvlərini əvəz etmək sizə nə dərəcədə asan və ya çətin oldu?

   X: - Şəxsən mən 4 ildir ki, bu qrupdayam. Biz qrupa gələndə Namiq müəllim bizə söylədi ki, mən sizin üçün nə köməklik var, edəcəm. Həqiqətən də 2 ay keçdikdən sonra demək olar ki, hər şey dəyişdi. Yəni çətinliyimiz olanda o bizə köməklik göstərdi və az bir müddətə hamının sevgisini qazandırdı.

   T: - Doğrudan bu, da belədir. Bayaq ona görə söylədim ki, hər şey prodüserdən, rəhbərdən asılıdır.

   - Sizdən əvvəlki qrupun üzvlərini bir müğənni kimi bəyənirdinizmi?

   X: - Sadəcə olaraq baxırdıq, qulaq asırdıq, amma deməzdim ki, pərəstiş edirdik. Xalqın gözü tərəzidir, müğənniyə hamı baxır, əslində o qrupu tamaşaçılara Namiq müəllim öz gücünə sevdirdi.

   N: - Bilirsiniz, əvvəlki üzvlərlə bunların arasında böyük fərq var. Elə insanlar var ki, oxumağa önəm verir, elələri də var ki, səhnə hərəkətlərinə. Bunlar oxumaqda onlardan qat-qat güclüdür. Bu da təbii ki, ilk növbədə prodüserin baş ucalığıdır. Bunlar canlı oxuyanda, gözəl musiqi nömrəsi nümayiş etdirəndə mən fəxr edirəm.

   - Qrupa yeni daxil olanda şou biznes nümayəndələri tərəfindən necə qarşılandınız?

   X: - Çox yaxşı qarşılandıq. Onlarda özümüzə qarşı doğmalıq hiss etdik.

   N: Əksinə bunlar gələndən sonra maraq da, sifarişlər də çoxaldı. Belə ki, insanlarda bunlara qarşı maraq birə-beş artdı. Mən özüm bunu kənardan hiss edirdim də. Hətta insanlar özləri bunlar arasında müqaisələr də aparırdılar ki, birinci üzvlər yaxşıdır, yoxsa ikinci. Yəni bunların da üstünlüyü göz qabağındadır.

   T: - Bizim şou nümayəndələri tərəfindən istənməyimiz həm də ondan bilinir ki, şou-biznesin üzdə olan əhli harda olub, biz də orada olmuşuq. Bu da ondan irəli gəlir ki, biz sevilməsək şou-biznesin "qaymaqları" arasında olmarıq.

   - "N-brother" yarananda 4 nəfərdən ibarət idi, sonra yeni üzvlər də 4 nəfərlə əvəz olundu. İndi isə 3 nəfər qaldı. Qrupu yenidən 4 nəfərdən ibarət etmək fikriniz varmı?

   N: - Bu sual mənim yaralı yermidir. Amma hazırda belə fikrim yoxdur. Çünki mənə 4 düşmür, ona görə də bunları tək-tək saxladım. Qrupun üzvlərindən biri Anarın qrupdan ayrılmasının səbəbi xarici ölkədə yaşaması ilə əlaqədardır. Amma onunla heç bir problemimiz yoxdur, münasibətlərimiz əladır. Qeyd edim ki, əgər yadınızdadırsa, əvvəlki üzvlərinin ifasında "dörd dost, dörd ürək" mahnısı səslənmişdi. İndi bəzən mənə deyirlər ki, o mahnı bunların ifasında niyə oxunmur, qrup 3 nəfərdən ibarət olduğu üçün. Demək istəyirəm ki, bu, belə deyil, mən qrupa əlavə bir şəxs götürməsəm də, mənimlə birgə biz elə yenə də dörd nəfərik. Qaldı ki, bu mahnının yenidən oxunmasına, artıq onu kifayət qədər oxumuşuq və o, mahnı hazırda bizim arxivimizdədir.

   - Şou-biznesdə özünüzə rəqib qrup görürsünüz?

   T: - Ümumiyyətlə, sağlam rəqabətdən söhbət gedirsə, ifa baxımından, gözəl səs tembrinə görə, elə solo oxuyan bir şəxsi də insan özünə rəqib görə bilər.

   N: - Əvvəlcə deyim ki, elə əksər qruplar "N-brother"i özünə rəqib sayır. Bəzən də bu, qısqanclıqla nəticələnir, istəyirlər ki, bunların yolunu kəssinlər. Eşidirəm də, deyirlər ki, əgər o tədbirdə "N-brother" iştirak edirsə, biz gəlmirik. Bu, düzgün deyil, qeyri-sağlam rəqabəti biz də apararıq, amma bunu etmirik, çünki biz elə bir zirvədəyik ki, bunu etmək bizə yaraşmaz. Üzdə olan qruplardan bizim fikrimizcə "Şeron"dur və bunlarla biz yalnız dostluq edirik və sağlam rəqabət aparırıq.

   - Gənc müğənni Ruhi ilə "Sevdim" adlı mahnını duet şəklində ifa etdiniz. Sonra mahnı ifanızda səslənmədi, bunun taleyi necə oldu?

   N: - Mahnı ümumiyyətlə, duet şəklində çox gözəl alındı. Amma mahnının ikinci bəndini Ruhi özü oxumaq istəyirdi. Mahnı bəstəkar Xanım İsmayılqızı tərəfindən əlli-əlliyə bölünmüşdü. Bu şərtlər də onu qane etmədi və tək oxumaq qərarına gəldi.

   - Bəs gələcəkdə ümumiyyətlə, digər bir xanım müğənni ilə duet oxumaq fikriniz varmı?

   N: - Əlbəttə var, bu mənim planımdadır və fikrimdə bir neçə xanım müğənni tutmuşam, hansı alınsa, inşallah görəcəksiniz.

   - Namiq müəllim, sizin "N-brotherdən başqa, digər iki qrupunuz - "Can" və "Centlimen" qrupları da var onlar niyə üzdə deyil.

   - Əvvəlcə qeyd edim ki, "Centlimen" qrupunu mən meyxanaçı Vüqarla birlikdə yaratmışıq, sonra o, qrupdan imtina etdi və qrupun taleyi elə də qaldı. Amma məndə bir xasiyyət var ki, yaratdığımı heç vaxt imkan vermirəm ki, itib-batsın. Nə vaxt olsa, mən bunu bərp edəcəm. "Can" qrupu isə iki oğlan və bir qızdan ibarətdir. Bir neçə aydır ki, onlar yaranıb. İnşallah hələ təzədilər, onlar da təbii ki, populyarlaşacaqlar. Yeri gələndə o qrupun üzvlərinə bunlar da göməklik göstərirlər.

   - Deyirsiniz ki, bunlar digər qrupa köməklik göstərir. Amma "N-brother"in digər üzvləri ikinci qrup yaratdığınıza görə sizə narazılıqlarını bildirmişdi və qısqanmışdılar.

   - Bəli. Amma bunlarda belə bir xüsusiyyət yoxdur. Onlar bu addımı atmaqla uşaqlıq etdilər və başa düşmədilər ki, qrup mənim adımla bağlıdır.

   Redaksiyamıza ilk oxucuzəngidaxil olur:

   - Namiq müəllim, 7 ildir ki, fəaliyyət göstərirsiniz və bu, az bir müddət deyil, solo-konsert vermək fikriniz varmı?

   - Bu mənim çoxdankı arzumdur. İstəyirdim Heydər Əliyev adına Sarayda konsert verək, amma saray təmirə dayandığı üçün fikrim var ki, konserti "Yaşıl Teatr"da gerçəkləşdirim. Sadəcə, bir neçə planlarımız var ki, onu həyata keçirdikdən sonra bu haqda fikirləşərik.

   - Hər bir müğənni qrupda fəaliyyət göstərdikdən sonra isəyir ki, solo ifa etsin. Sizin də belə bir fikriniz varmı?

   T: - Düzdü, hər bir müğənni bir az səhnəyə çıxandan sonra istəyir ki, solo ifa etsin, eləcə də biz. Amma özündən razı şəkildə mən artıq prfessional müğənniyəm deyib, qrupu atıb getmək düzgün deyil. Gərək bunun üçün yaxşı-yaxşı fikirləşəsən ki, sən bunu bacaracaqsanmı? Sağ olsun Namiq müəllim bizə bu şəraiti yaradır.

   N: - Əlbəttə, hər kəs istəyir ki, tək oxusun, müstəqil olsun. Ona görə mən çox vaxt bunlara qrupda olduğu üçün müstəqililk verirəm, sıxışdırmram. Həmişə bunlara demişəm, nə vaxt özünüzdə solo oxumaq üçün hazırlıq görsəniz, deyin, lazım gəlsə, mən də əlimdən gələn köməkliyi edəcəm. Mən özüm də bu barədə düşünürəm və bu yaxınlarda görəcəksiniz bunlardan birini solo ifaçısı kimi ayıracam, buna özümün xüsusi istəyim var.

   - "N-brother"də qrupun üzvləri dəyişsə də, bu, bir o qədər nəzərə çarpmadı, yəni qrup fasilə etmədi. Ümumiyyətlə, belə demək mümkündürmü ki, sizin qrupa daxil etmək üçün alternativ saxladığınız uşaqlar vardı?

   - Xeyir, bunlar hamısı qrupa təsadüfən gəldi, yəni əvvəlcədən alternativ yox idi. Amma bir şey sevinirəm ki, qrupda mənfi heç nə dəyişmədi, əksinə müsbətə doğru dəyişikliklər oldu. Çünki bunları götürəndə elə-belə seçmədim, uşaqlar musiqitəhsillidilər.

   - Namiq müəllim, qrupla işləmək nə dərəcə asan və ya çətindir?

   - İnanın mənə çox çətindir. Qrupdakı uşaqların hərəsinin bir xüsusiyyəti var, mən bunların hərəsinin xasiyyətinə görə davranmalıyam, bunlar 3 nəfərdir, mənsə təkəm. Bir tərəfdən isə maraqlıdır. Çünki burada biz bir ailəyik.

   - İndiyə qədər özünüz haqda elə bir şaiyə eşitmisinizmi ki, yadınıza düşəndə sizə hələ də pis təsir edir?

   X: - Təsiredici belə bir şey eşitməmişəm. Amma deyirlər ki, guya mən özümdən razıyam.

   N: - Əlbəttə, o qədər təsiredici şaiyə eşitmişəm ki. Məsələn, mən "Fonn klub" açanda eşitmişdim ki, guya biz orda "striptiz" göstəririk. Digər bir şaiyə də qulağıma çatdı ki, guya mən uşaqları döyürəm, pullarını vermirəm.

   - Bəzi gənc müğənnilər hərdən söyləyirlər ki, onların sonadək sənətdə qalmaq fikirləri yoxdur, sadəcə sənətə elə-belə gəliblər, ya populyarlıq xatirinə, yadda ürəyi oxumaq istədiyi üçün. Bəs siz necə?

   X: - Biz sənətə gəlmək üçün məktəb oxumuşuq. Biz digər sahə üzrə təhsil almamışıq ki, deyək, bizim ayrı sahəmiz var. Şəxsən mən onlardan fərqli olaraq uşaqlıqdan bu sənətlə məşğulam, istəsəm də, istəməsəm də artıq bu mənim sənətimdir və bu peşəni özümə ixtisas seçmişəm. Əlibaba Məmmədovun sinfində oxumuşam.

   T: - Biz bu sətənə orta məktəb vaxtlarından başlamışıq, özümüzə bunu peşə seçmişik. Bu sənətə yiyələnəndə artıq mən düşünürdüm ki, bu yolla sonadək getməliyəm. İstəmişəm ki, sənətdə sözünü deyən müğənnilərdən olum.

   N: - Bu şou əhlini mən yaxından yaxşı tanıyıram. Onlar arasında belə düşünənlər və danışanlar var. Heç bilmirlər nə danışırlar, bütün günü bu insanlar rola girirlər. Amma mənim Röyadan çox xoşum gəlir, çünki, o həyatda necədirsə, efirdə də elədir, bu adam rola girmir.

   Redaksiyamıza son oxucu zəngi daxil olur:

   - Son vaxtlar nə isə elə bil qrupda sönüklük hiss olunur.

   N: Düz deyirsiniz, bəzi şeyləri görəndə adamın həvəsi qalmır, ona görə də hər şeyi bir az öz axarına buraxmışam.

   

   
Yazdı: Simnarə HƏMİDQIZI (3 nöqtə)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 269 dəfə Çap variantı
Reyting: Reyting: 5 (səslər: 2)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər