"İstəyirəm hamı bilsin ki, Röyadan yoxdur"
26.06.2007 Yazını böyüt :"HƏLƏ ÖZÜM KİMİ OXUYANA RAST GƏLMƏMİŞƏM"
Səhnəmizin şıltaq müğənnisi Röyanın adı nədənsə qalmaqallardan yan keçmək bilmir. Həmkarları tərəfindən həmişə hədəf seçilən müğənni bu barədə fikirlərini elə bizimlə bölüşdü.Röya əvvəlcə bildirdi ki, nəinki sənətdə ümumiyyətlə, həyatda onun düşməni yoxdur. Sadəcə sənətidə bəzi müğənnilər var ki, onlarla mənim adım daim qoşa çəkilir. Bu şəraiti də onların özləri yaradırlar, mənim heç kimlə işim yoxdur. Fikirlərini açıq və düzgün ifadə etməyi xoşlayan müğənni qeyd etdi ki, hər zaman sözün düzünü deyirəm: "Mənim İlhamə Quliyeva ilə münasibətim bircə kəlmə söz üstündə korlanıb. Mən demişəm ki, o, "meqastar" yox, İlhamə Quliyevadır. Sadəcə o, bu sözləri qəbul etmədi. Əgər "meqastar" olmaq istəyirsə qoy, olsun". Müğənni digər sənət yoldaşı Aygün Kazımova ilə olan münasibətlərinə də aydınlıq gətirdi. O bildirdi ki, Aygün hər zaman deyir ki, mən özümü guya ona oxşadıram, əgər oxşadıramsa, niyə həm geyim tərzimiz, həm ifamız, həm səhnə hərəkətlərimiz bir-birinə uyğun gəlmir. Bəyəm açıq geyinmək Aygünü təkrarlamaq deməkdir? Bu gün nəinki səhnə adamları, hətta şəhərə çıxırsan, bütün qızlar, qadınlar açıq-saçıq geyinir. Bu o deməkdir ki, onlar da Aygünü təkrarlayır? Konsert verməyə gəlincə isə müğənni bildirdi ki, Tofiq Bəhramov adına stadionda heç vaxt konsert vermərəm: "Mən "Şəfa" stadionunda konsert verəndə konsertimdə o qədər adam vardı ki. Onda Respublika stadionunda konsert təşkil etsəm, nə qədər adam toplaya bilərəm, onu daha deyə bilmərəm". Bu arada sənətçi ümumiyyətlə rəqibinin olmadığını bildirdi: "İstəyirəm hamı bilsin ki, Röyadan yoxdur. Çünki o, özünü heç vaxt kiməsə bənzətmir. Bu gün səhnədə oxuyan çoxdur, hələ özüm kimi oxuyan olmadığından rəqibim də yoxdur".
Yaradıcılığından söhbət açan Röya sonda onu bildirdi ki, yaxın günlərdə Türkiyəyə səfər edəcək. Səfərinin yeni layihələrlə bağlı olduğunu deyən müğənni bu barədə əvvəlcədən danışmaq istəmədi
Mənbə: 3 nöqtə
Səhnəmizin şıltaq müğənnisi Röyanın adı nədənsə qalmaqallardan yan keçmək bilmir. Həmkarları tərəfindən həmişə hədəf seçilən müğənni bu barədə fikirlərini elə bizimlə bölüşdü.Röya əvvəlcə bildirdi ki, nəinki sənətdə ümumiyyətlə, həyatda onun düşməni yoxdur. Sadəcə sənətidə bəzi müğənnilər var ki, onlarla mənim adım daim qoşa çəkilir. Bu şəraiti də onların özləri yaradırlar, mənim heç kimlə işim yoxdur. Fikirlərini açıq və düzgün ifadə etməyi xoşlayan müğənni qeyd etdi ki, hər zaman sözün düzünü deyirəm: "Mənim İlhamə Quliyeva ilə münasibətim bircə kəlmə söz üstündə korlanıb. Mən demişəm ki, o, "meqastar" yox, İlhamə Quliyevadır. Sadəcə o, bu sözləri qəbul etmədi. Əgər "meqastar" olmaq istəyirsə qoy, olsun". Müğənni digər sənət yoldaşı Aygün Kazımova ilə olan münasibətlərinə də aydınlıq gətirdi. O bildirdi ki, Aygün hər zaman deyir ki, mən özümü guya ona oxşadıram, əgər oxşadıramsa, niyə həm geyim tərzimiz, həm ifamız, həm səhnə hərəkətlərimiz bir-birinə uyğun gəlmir. Bəyəm açıq geyinmək Aygünü təkrarlamaq deməkdir? Bu gün nəinki səhnə adamları, hətta şəhərə çıxırsan, bütün qızlar, qadınlar açıq-saçıq geyinir. Bu o deməkdir ki, onlar da Aygünü təkrarlayır? Konsert verməyə gəlincə isə müğənni bildirdi ki, Tofiq Bəhramov adına stadionda heç vaxt konsert vermərəm: "Mən "Şəfa" stadionunda konsert verəndə konsertimdə o qədər adam vardı ki. Onda Respublika stadionunda konsert təşkil etsəm, nə qədər adam toplaya bilərəm, onu daha deyə bilmərəm". Bu arada sənətçi ümumiyyətlə rəqibinin olmadığını bildirdi: "İstəyirəm hamı bilsin ki, Röyadan yoxdur. Çünki o, özünü heç vaxt kiməsə bənzətmir. Bu gün səhnədə oxuyan çoxdur, hələ özüm kimi oxuyan olmadığından rəqibim də yoxdur". Yaradıcılığından söhbət açan Röya sonda onu bildirdi ki, yaxın günlərdə Türkiyəyə səfər edəcək. Səfərinin yeni layihələrlə bağlı olduğunu deyən müğənni bu barədə əvvəlcədən danışmaq istəmədi
Mənbə: 3 nöqtə
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çox arvadlı kişilər daha uzun yaşayır
Bir rejissorun "Manifest"i
Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

