ŞOU-BİZNESDƏ YENİ QALMAQAL

26.06.2007 Yazını böyüt :       
Ədalətlə Röya arasında baş verib
X newsŞou-biznes məkanında daha bir qalmaqalın əsası qoyuldu. İki həmkarın arasında baş verən mübahisənin məqamlarını diqqətinizə çatdırıb, eyni zamanda onlardan birinin açıqlamasını təqdim edəcəyik. Əvvəla, qeyd edək ki, tərəflərdən biri qalmaqallı şou-biznesdə təcrübə toplayan Röyadır. Amma müğənni bu dəfə nə Aygün Kazımovanın, nə də İlhamə Quliyevanın qarasınca danışıb. Onun hədəfi Ədalət Şükürovdur.
Bir neçə gün öncə telekanalların birində çıxışı zamanı fəxri adların verilməsi məsələsinə toxunan Röya bəzi müğənnilər, o cümlədən Ə.Şükürov haqqında dolayısı ilə danışsa da, onun "səsi olmayan müğənniyə də fəxri ad verilir" ifadəsini işlətməsi diqqəti Ədalətə yönəldib. Üstəlik Röya barəsində danışdığı şəxsin kişi müğənnisi olduğunu qeyd edib.
Bu fikirlər əməkdar artist Ədalət Şükürovun diqqətindən yayınmayıb. O, dərhal artıq behləşmiş olduğu 3 toydan Röyanın adını çıxarmaqla müğənnini cəzalandırmaq qərarına gəlib. Xatırladaq ki, son aylar Ədalət Şükürov oxuduğu toylarda qadın müğənni olaraq məhz Röyanı seçirdi. Tikanlı sözləri ilə toy biznesinə təsir göstərən Röya artıq Ədalətlə bir səhnəni bölüşmür. Artıq onların münasibətlərinin sərin olduğu bildirilir.
Bu barədə danışan Ədalətin həmkarına ismarıcı çox sərt oldu: "Röyanın çıxışlarından xəbərim var. Amma bu məsələnin kökünə varmaq istəmirəm. Çünki Röya nə danışdığını bilmir. Nəinki Röyanın, heç bir şəxsin ixtiyarı çatmır ki, ölkə başçısının imzası ilə təqdim edilən sərəncama şübhə ilə yanaşsın. Məsləhət olub ki, mən fəxri ad almışam. Bu cür söz gəzdirənlərə bir kəlmə ilə "ayıb olsun sizə" deyirəm".
Daha sonra Ədalət bir məqama da toxundu. Dedi ki, məhz onun sayəsində bir çox müğənnilər böyük səhnələrə çıxıblar. Ədalət Şükürov onlara bir səhnəni bölüşmək imkanı verib. Həmkarlarının bəzilərindən haqsızlıq gördüyünü etiraf edən əməkdar artistdən "Röyanı da nəzərdə tutursunuz?" sualına öncə susaraq, daha sonra belə cavab verdi: "İnsan məşhurluğundan sui-istifadə etməməlidir. Röyanın səsini bəyənirəm. Amma bu cür danışmağı məni məyus edir".
Söhbətin sonunda yaradıcılığından söz salan Ə.Şükürov səfər planlarından danışdı. Bildirdi ki, iyulun 10-da İspaniyaya səfər edəcək və orada həmkarları: meyxanaçı Vüqar, Xatirə İslam və Xəyyamla birlikdə konsert proqramında iştirak edəcəklər. Daha sonra müğənninin Türkiyəyə yaradıcılıq səfəri nəzərdə tutulub.

Mənbə: Ayna

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 307 dəfə Çap variantı
Reyting: Reyting: 3 (səslər: 3)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çox arvadlı kişilər daha uzun yaşayır

Xazar NameKişilər üçün uzun yaşamanın sirri bəlkə də başqa həyat yoldaşları tapmaqdır. >>>

Bir rejissorun "Manifest"i

Xazar Nameyaxud "Milli bomba"ya yox, dünyaya gərəkliyimiz barədə. >>>

Soyuqlama zamanı təbii qidalanmaya üstünlük verin

Xazar NameSoyuqlama zamanı antibiotiklərdən istifadə etmək mənasız, hətta zərərlidir. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər