Aygün Kazımova: "Tolik məndən maşın istəyir"
28.06.2007 Yazını böyüt :Tolik: "Aygünün reytinqi artıq ölüb"
Əməkdar artist Aygün Kazımova "Türk Hava Yolları"nı məhkəməyə verəcəyi ilə bağlı mətbuata açıqlama vermişdi. Müğənni bu hadisənin səbəbkarını cəzasız qoymayacağını bildirdi. Bundan başqa, müğənni növbəti məhkəmə davasının isə eks-prodüseri Toliklə olacağını söylədi. Lakin məhkəmə ilə bağlı söhbətləri müğənni konsertindən sonraya saxlamışdı. Bununla əlaqədar olaraq Aygün Kazımova ilə əlaqə saxladıq. Müğənni olanları təsdiqləyərək bunun üzərində hazırda bir çox işlər getdiyini, müğənninin vəkilinin artıq çoxdan hava yolları ilə bağlı bəzi işləri gördüyünü vurğuladı. Aygün Kazımova Tolikin məsələsinə isə bundan sonra baxılacağını vurğuladı. Əvvəlcə müğənni Toliklə aralarındakı münasibətlərin pozulmasından danışdı və onu ikiüzlülükdə, xəbərçilikdə, acgözlükdə ittiham etdı. Aygün bir məsələni xüsusilə vurğuladı ki, Tolik baş verənlərlə bağlı hələ ona çox hesabat verməli olduğundan məsələ bir qədər uzanacaq: "O mənim əlimdən canını qurtara bilməyəcək. İstəyirəm siz də biləsiniz ki, bu insan ikiüzlüdür, xəbərçidir, mənimlə qeyri müğənnilərin arasında söz aparıb-gətirir, bir sözlə, ara vurmaqla məşğuldur. O qədər acgözdür ki, nə görür deyir mənim üçün al, hələ mənə bir qəpiklik iş görməyib, deyir maşın al". Aygün Toliklə olan narazılıqlarını dilə gətirdikdən sonra onu məhkəməyə verəcəyini bildirdi. Aygün bildirdi ki, onun konsertinə sponsorluq edən şirkətlərlə Tolik danışıb, sonra da şirkətlərdən götürdüyü 30 000 ABŞ dolları yoxa çıxdı. Burdan da belə çıxır ki, o insan məni əməlli-başlı aldatdı. İş o yerə çatdı ki, onu konsertdən əvvəl qovası oldum. Amma biz onunla bu dəfə məhkəmədə görüşəcəyik" deyə Aygün qəzetimizə açıqlama verdi.
Tolik isə müğənninin sözləri ilə razılaşmayaraq dedi: "Aygün konsertində satılmayan biletlərin aqibəti ilə barışa bilmədiyindən bunların günahını məndə axtarır. Bilirəm ki, bilet satışından lazımi məbləği yığa bilmədi" deyə fikirlərini bizimlə böldü. Tolik söylədi ki, Tofiq Bəhramov adına Stadionda konsert verməyi mən istədim: "Sözün düzü elə bildim ki, o qədər insanı toplaya biləcək, amma bilmədim ki, bu, əksinə olacaq".
Tolik sonda onu da bildirdi ki, "Aygün nə edirsə qoy etsin, lap məhkəməyə müraciət etsin, amma bir şeyi deyə bilərəm ki, artıq onun reytinqi ölüb, bu, konsertə gələnlərdən açıq-aydın görünürdü. Əksəriyyəti də sözün düzü, maşına görə gəlmişdi".
Mənbə: 3 nöqtə
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

