Britaniyada keçirilən sorğuda iştirak edən 10-14 yaşlı qızların 77 faizi reklamlardakı modellərə baxaraq özlərini gombul və çirkin hesab edir.
Britaniya mətbuatında nəşr edilən məqaləyə görə, hər 12 yaşlı qız uşağı bu yaşa qədər 77 min 500 reklam izləyir və buradaki təsvirlər onun depresiyaya düşməsinə səbəb olur.
Reklamlarda çəkilən modelləri görən qızlar özlərini çirkin hesab edirlər. Amerika və Britaniyada keçirilən sorğuda iştirak edən 10-14 yaşlı qızların 77 faizi özlərini gombul və çirkin hesab edir. Qizların 90 faizi isə, xarici görkəminə görə, özlərini gərgin və narahat hiss etdiklərini deyiblər.
Bəzi yeniyetmələr xatirə dəftərlərində apardıqları qeydlərində yazıblar ki, reklamlardakı qızları gördükdə məyus olurlar, çünki onlar heç vaxt belə gözəl olmayacaqlarını bilirlər. Psixoloqlar isə valideynlərə xəbərdarlıq edərək, onlara övladlarıyla söhbət etməyi məsləhət görüblər, əks təqdirdə bunu reklam çarxlarının edəcəyini deyirlər.
Mənbə: /ANS TV/