XazarNamə. > Xarici sou-biznes > Peris Hilton özüylə 5 maşın pal-paltar aparıb
Peris Hilton özüylə 5 maşın pal-paltar aparıb18.04. |
Peris Hilton Moskvada səfərdədir. Kübar cəmiyyətin ürəyi sayılan bu xanım Rusiya paytaxtında bir neçə gün qalacaq. Amma o, özü ilə Moskvaya o qədər geyim-keçim gətirib ki, qəzetlər onun burada bir həftədən çox vaxt keçirəcəyi haqda qənaətə gəliblər. Çünki hava limanından otelə qədər onun çemodanlarını daşımaq üçün beş maşın lazım olub. Peris dünən Moskvada keçirilən MTV-nin kino mükafatlarının təqdimat mərasimində iştirak edib. Hiltonun tələbi ilə onun qaldığı otel nömrəsinin yanındakı otağı trenajor zalına çeviriblər. O, mehmanxananın birinci mərtəbəsinə düşüb digərləri ilə birlikdə idman etməkdən qəti boyun qaçırıb. Bu oteldə baş tutacaq təqdimat mərasimində ən populyar filmlərdən epizodlar canlandırılacaq. Peris bu cür epizodlardan birində iştirak edəcək.Mənbə: Gün səhər |