
Müğənni Əmrə Altuğun başına qəribə hadisə gəlib. O, xaricdə olarkən dünyaşöhrətli ulduz Stinqlə rastlaşıb. Amma sanmayın ki, Əmrə onunla hansısa konsertdə, yaxud səsyazma studiyasında üzləşib. Xeyr, müğənni striptiz-barda olarkən Stinqə rast gəlib. Bu haqda Əmrə Türkiyənin “Kral TV” kanalındakı “Hiperaktif” verilişində qonaq olarkən danışıb. Əmrənin dediyinə görə, Stinq birdən gözlənilmədən ona yaxınlaşmağa başlayıb: “Hər halda, mən elə zənn edirdim. Elə bildim ki, məni tanıyıb, yanıma gəlir. Amma yanımdan keçib getdi”. Əmrə bu cür tanınmış sənətçini striptiz-barda dincəlməsinə də təəccüblənibmiş. Amma sonra məlum olub ki, bu bar elə Stinqin özünə məxsusdur....
Mənbə: Gün səhər