XazarNamə. > Xarici sou-biznes > Əmrə Altuğ striptiz-barda Stinqə rast gəlib

Əmrə Altuğ striptiz-barda Stinqə rast gəlib


25.04.
Xazar.comMüğənni Əmrə Altuğun başına qəribə hadisə gəlib. O, xaricdə olarkən dünyaşöhrətli ulduz Stinqlə rastlaşıb. Amma sanmayın ki, Əmrə onunla hansısa konsertdə, yaxud səsyazma studiyasında üzləşib. Xeyr, müğənni striptiz-barda olarkən Stinqə rast gəlib. Bu haqda Əmrə Türkiyənin “Kral TV” kanalındakı “Hiperaktif” verilişində qonaq olarkən danışıb. Əmrənin dediyinə görə,  Stinq birdən gözlənilmədən ona yaxınlaşmağa başlayıb: “Hər halda, mən elə zənn edirdim. Elə bildim ki, məni tanıyıb, yanıma gəlir. Amma yanımdan keçib getdi”. Əmrə bu cür tanınmış sənətçini striptiz-barda dincəlməsinə də təəccüblənibmiş. Amma sonra məlum olub ki, bu bar elə Stinqin özünə məxsusdur....


Mənbə: Gün səhər