Xazar
Xazar Media
  
Xazar bir həyat tərzidir
şou-biznes
sağlam olun
ulduz falı
kino aləmi
münasibətlər
forum
xazarnamə
gündəmdəkilər
foto
əlaqə
Uşaqlar hansı yaşda yalan danışmağa başlayırlar

Xazar.comÜmumi qəbul edilmiş fikir belədir ki, uşaq təxminən 4 yaşına çatanda yalan danışmaqla valideynin diqqətini yayındırmağa çalışır. Amma "Uşaqların Beyni Nelə Işləyir" adlı yeni kitaba əsasən, uşaqlar bunu lap erkən yaşlarından edirlər. Yəni, körpələr inanılmaz dərəcədə aldadıcı davranışa malikdirlər. Kitabın müəllifi Vasudevi Reddi BBC radiosuna müsahibədə bunları deyir:

Cavab: Bu hərənin yalanı necə yozmasından asılıdır. Biz bu məsələni araşdırmağa başlayarkən ilk olaraq 2-3 yaşlı uşaqlarla işləyirdik. Onların danışdığı yalanlar 4 yaşında ikən sınaqlardan keçmiş uşaqların söylədikləri yalanlardan fərqli idi. Sonra taktikanı bir az dəyişdik. Daha doğrusu, yalan deyil, cırnatmaq, özünü tülkülüyə qoymaq, zarafat etmək məsələlərinə diqqət yetirməyə başladıq. Belə baxsanız, bunların da yalan kateqoriyasına aid olduğunu söyləmək olar. Belə halda, bu meylləri uşaqda artıq 1 yaşın sonunda müşahidə etmək olar.

Sual: Yəni, bir yaşından aşağı olan uşaqlar xırda şeylər üstündə bilərəkdən valideynlərini, belə deyək də, hərifləməyə çalışacaqlar?

Cavab: Bəli, bu belədir. Bəzən körpələr buna oyun kimi baxırlar. Yəni, cığallıq etdiklərini bilsələr də, valideynin diqqətini yayındırmağa çalışırlar. Ya da ki, körpə əlindəkini valideyninə uzadır. Əlbəttə ki, valideynin onu almağa çalışacağını bilir, amma son anda əlindəkini verməyib, özünə doğru çəkəcək. Bu zaman körpənin üzündəki təbəssümü də görmək olar. Bunlar hamısı oyunun bir hissəsidir.

Sual: Bəs bunlar körpələrin zehni inkişafı barədə nə deyir?

Cavab: Məncə, adamların deməsi ki, hə də, uşaqlar böyüyənə kimi çox şeyi başa düşmürlər, yanlışdır. Mənim dediyim budur ki, körpələr qarşılarındakı adamların nə hiss etdiklərini və beyinlərindən nə keçdiyini bilirlər. Körpələrlə böyüklər arasında oyunvari ünsiyyətin çox olması onların inkişafına kömək edir.

Sual: Sizcə, valideynlərin çoxu körpələrin bu davranışının, yəni, onları aldatmağa çalışması oyunun bir hissəsi olduğunu bilirlərmi?

Cavab: Əgər valideynlərdən soruşsanız ki, uşağınız sizi hərifləməyə, diqqəti başqa yerə yönəltməyə çalışır, onlar bunu bildiklərini deyəcəklər. Yəni, bunu elmi cəhətdən sübut etməyə ehtiyac olmasa belə. Amma soruşsanız ki, uşağınız sizi aldatmağa çalışırmı, onlar buna yox deyəcəklər. Çünki yalan və aldatmaq kəlmələri olduqca ağır çəkili sözlərdir. Amma yenə də deyirəm ki, valideynlər məsələnin nə yerdə olduğunu bilirlər.

Sual: Razılaşın ki, uşaqlar yaxşı yalan danışa bilmirlər, elə deyilmi? Bunun yalan olduğunu dərhal hiss etmək olur....

Cavab: Ümumilikdə, bəli, onların yalanları inandırıcı olmur. Əgər onlar bunu inandırıcı şəkildə etsə idilər, onda biz də hiss etməzdik, elə deyilmi?!


Mənbə: BBC

 
Rubrikalar
Yerli Şou-biznes
Xarici Şou-biznes
Sağlam olun
Ulduz falı
Münasibətlər
Kino aləmi
Sorğu
Göndərdikləriniz
Afişa
Afişa xəbər
VİP Club
Həmçinin oxuyuruq
>>"Bir uşaq bəsimdir"...
Xazar NameAilədə tək olan və hər istəyi qısa bir vaxtda yerinə yetirilən uşaqlar bu imtiyazların həmişə davam etməsini istəyirlər.. >>>

>>"Yaprak dökümü"nün Fikrəti fahişə rolundə çəkiləcək
Xazar Name"Göydən üç alma düşdü" filminin 1 milyon dollar büdcəsi var. >>>

>>Sağlam saçlara qovuşmaq istəyirsinizmi?
Xazar NameƏgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin: >>>

Səsvermə

Faiq Ağayev
Nura Suri
Nüşabə Ələsgərli
Ruhi
Heç biri
Cavab verməkdə çətinlik çəkirəm




Xazar | Xazar.info | Forum | Mobile | Chat | G:)lməcə  
© Copyright 2004-2006 by Xazar.com™ - İdeya Rambler Holdingin bənzər proekti əsasındadır. Jurnalın tərtibatı Xazar internet birliyinə aiddir. İnformasiya dəstəyi Xazar Media İzləmə Mərkəzi tərəfindən verilməkdədir. Bütün hüquqları Azərbaycan Respublikasının qanunları əsasında Xazar birliyi tərəfindən qorunur.