XazarNamə. > Xarici sou-biznes > Tarkan soyuldu

Tarkan soyuldu


30.04.

Xazar.comOnun Amerikadakı evi qarət olunub.

Türkiyəli meqastar Tarkanın Manhettendəki evi qarət olunub. Özü də oğrular ordan zinət əşyaları, pul yox, müğənninin studiya avadanlıqlarını aparıblar. Müğənninin yaxınlarının verdiyi məlumata görə, bu avadanlıqların qiyməti 50 min dollardan çox olub.  Tarkan Manhettenin mərkəzində yerləşən bu evini 1999-cu ildə almışdı. O, mənzilinin qarət olunmasından bir neçə gün sonra Türkiyədə ikən xəbər tutub. İndi Tarkan Amerikaya getməyə hazırlaşır. O, həm hansı avadanlıqların oğurlandığını gözdən keçirəcək, həm də evə yeni təhlükəsizlik sistemi quraşdıracaq.


Mənbə: Gün səhər