XazarNamə. > Xarici sou-biznes > Şer və Tom Kruz

Şer və Tom Kruz


1.05.
Xazar.comOnlar arasında əlaqə olubmuş.
Dünyaşöhrətli müğənni  Şer vaxtilə Tom Kruzla özü arasında olan sevgi münasibətlərindən danışıb. Şer açıq bildirib ki, hələ Kruzun karyerasının başlanğıcında aktyorla əlaqə qurub. Onlar 80-ci illərin ortalarında Ağ Evdə keçirilən tədbirlərdən birində tanış olublar. O vaxt Tom “Riskli biznes” filmindən sonra yenicə məşhurlaşmağa başlayıbmış. 39 yaşlı Şer 23 yaşlı yaraşıqlı aktyorun tələsinə düşüb. İndi 61 yaşında olan Şer müsahibəsində bildirib ki, Tom onun ağlını əlindən alıb: "O, o qədər utancaq idi ki. Özü də deyirdi ki, məktəbdə heç kim onunla dostluq etmirmiş. Biz bir dəfə onunla Nyu-Yorkda restorana getmişdik. Oradakı ofisiant qız Tomun sinif yoldaşı çıxdı. Məlum oldu ki, məktəb vaxtı qız ona məhəl qoymurmuş. İndi isə məşhurlaşandan sonra həmin qız onun başına fırlanırdı. Belə yanaşma Toma çox pis təsir edirdi".
   Şerin sözlərinə görə, onlar cəmi bir-iki ay görüşüblər. Sonra isə Tom Kruz özündən 6 yaş böyük olan Mimi Rocerslə tanış olub. Tom Kruz bir müddət sonra Mimiylə evlənib. Onlar 3 illik ailə həyatından sonra ayrılıblar. Daha sonra isə Tom Kruz 11 il birlikdə yaşadığı Nikol Kidmanla ailə qurub. Şer onu da söyləyib ki, əgər həmin vaxtlar gərgin iş qrafiki olmasaydı, bəlkə də Tom Kruzla daha uzunmüddətli münasibət qurardı. Hazırda Tom Kruz ilk övladı - qızı Surinin anası Keti Holmsla evlidir.


Mənbə: Gün səhər