XazarNamə. > Xarici sou-biznes > Ən gözəl qadın - Keyt Hadson
Ən gözəl qadın - Keyt Hadson2.05. |
|
“People” jurnalı Keyt Hadsonu ən gözəl qadın elan edib. Jurnalın hər il apardığı reytinq cədvəlinə əsasən “Yüz ən gözəl məşhur”un siyahısı müəyyənləşib. Həmin siyahıya ötən ay 29 yaşı tamam olan Keyt Hadson başçılıq edir. Keyt isə özünü gözəl saymır. Deyir ki, heç vaxt özünə qulluq etməyə çox vaxt ayırmayıb: “Heç yadıma gəlmir ki, axırıncı dəfə nə vaxt özümə manikür etmişəm”. Təkbaşına 4 yaşlı oğlu Rayderi böyüdən aktrisa vaxtının azlığından gileylənib. Onun sözlərinə görə, hətta ayaqlarını epilyasiya etdirmək üçün gözəllik salonuna da getmir. Bu proseduru evdə həyata keçirmək məcburiyyətində qalan Keyt oğluna özündən çox vaxt ayırır. Keyt Hadson Hollivud ulduzu Qoldi Hounun qızıdır. Yüz gözəl məşhur qadınların siyahısında Salma Hayek, Yeva Lonqoriya və Culiana Murun da adları var. |