XazarNamə. > Gundem > Röya Aygün Kazımovanın borcunu ödədi
Röya Aygün Kazımovanın borcunu ödədi2.05. |
Aralarında gah barış, gah da iddialı atmacalar yaşanan müğənnilər - Aygün Kazımova və Röya Ayxanın münasibətində sürpriz hadisə baş verib. Prodüser Tolikin məşhur saytlardan birinə yaydığı məlumata görə, Röya Ayxan Aygün Kazımovanın borclu olduğu 5000 manat məbləğini ödəyib. Mənbənin yaydığı məlumata görə, Aygün Kazımovanın borclu olduğu şirkət “İndiqo” firmasıdır. Əməkdar artist Heydər Əliyev adına İdman Konsert Kompleksində konsert verərkən həmin məbləğdə pul ödəməli imiş. Qeyd edək ki, Aygün Kazımova da öz növbəsində prodüser Tolikin ona borclu olduğunu iddia edir. Müğənni hətta bir müddət əvvəl borcu geri istəmişdi. Əks təqdirdə Toliki məhkəməyə verəcəyini bəyan etmişdi. Nədənsə, sonralar Aygün Kazımovanın məhkəmə iddiası özünü doğrultmamışdı. Elə Tolik özü də əməkdar artistə borclu olmadığını iddia etmiş və müğənnini məhkəmə iddiasını reallaşdırmağa çalışmışdı: “O, istəyirdi ki, konsertdən sonra borclu qaldığı şirkətlərə pulu mən ödəyim, amma heç nə alınmadı. Röya jest edib həmin məbləği ödədi”. Röyanın mətbuat katibi isə hadisəni başqa cür dəyərləndirib: “Doğrudur, Röya həmin məbləğdə borcu ödəyib. Amma o bu addımı Tolikin xətrinə yox, elə məhz Aygün Kazımovadan ötrü ödəyib. Röyanın bir məqsədi var. Lazımsız skandallarda adı çəkilməsin”. Mənbə: Gün səhər |