Ceyms Bondu lənətləyiblər
6.05.2008 Yazını böyüt :
Ceyms Bond haqqında serialın 22-ci hissəsinin çəkilişlərini elə bil kimsə lənətləyib. Çəkilişlər başlayandan, yaradıcı heyət üzvlərinin başına olmazın işlər gəlib. Müxtəlif olaylar ucbatından filmin çəkilişləri dəfələrlə təxirə salınıb. Hələ 2 həftə öncə 29 yaşlı mühəndis Freyzer Dunn 300 min dollarlıq “Aston Martin” markalı maşını ilə qəzaya uğrayıb. Nəticədə onun maşını gölün dibinə düşüb. Mühəndisi son anda ölümdən xilas etmək mümkün olub. Bundan 6 gün sonra isə 40 yaşlı dublyor Aris Komninos filmdəki təqib səhnəsinin çəkilişlərində ağır yaralanıb. Dünən isə casuslar haqda filmdə texnik kimi çalışan Korner adlı bir şəxs Avstriyada bir qadın tərəfindən bıçaqlanaraq ağır yaralanıb. Texniki ağır vəziyyətdə xəstəxanaya aparıblar. Hazırda həkimlər onun həyatını xilas etməyə çalışırlar. Mənbə: Gün səhər
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.
hemcinin oxuyuruq
Çirkin kişilər niyə daha cazibədardır?
Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still
Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər
anket
Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?

