Tarkan Bakıya 60 nəfərlik heyətlə gələcək
6.05.2008 Yazını böyüt :
Konsert mayın 21-22-də Yaşıl Teatrda olacaq.
Türkiyənin meqastarı Tarkanın mayın 10-da Heydər Əliyevin 85 illik yubileyilə əlaqədar Bakıdakı Yaşıl Teatrda konsert verməsi təxirə salınıb. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu isə bu xəbəri təkzib edərək bildirib ki, konsert təxirə salınmayıb, sadəcə vaxtı dəyişilib. Konsert mayın 21-22-də həmin məkanda olacaq.
Meqastarın Bakıya konsertdən bir gün əvvəl - mayın 20-də gələcəyi gözlənilir. Tarkan bakılı pərəstişkarlarının qarşısına ötən ilin sonlarında işıq üzü görən “Metamorfoz” adlı albomu ilə çıxacaq. Təşkilatçının dediyinə görə, müğənni Bakıya 60 nəfərlik nümayəndə heyəti ilə gələcək və özü ilə xüsusi səhnə, dekorasiya və işıq avadanlıqları gətirəcək. Konsert 20.00-da başlayacaq və Tarkandan əvvəl səhnədə Krım müğənnisi Zarema çıxış edəcək.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
Yazdı: NİGAR ( Yeni Müsavat )
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

