
50-dən çox yaşı olan Ajda Pekkanın cavan görünməsi səbəbindən biri də hər gün idmanla məşğul olmasıdır. Lakin bu günlərdə məhz bu vərdişi onun başına bəla açıb. Belə ki, evində səhər tezdən idman edən superstar yıxılıb və qolunu sındırıb. Dərhal xəstəxanaya aparılan Pekkanın qolu biləyinə qədər gipsə salınıb. İndi Ajdanı düşündürən bir məsələ var: söz verdiyi və artıq pulunu alıb xərclədiyi reklam çəkilişlərini necə davam etdirsin?
Mənbə: Gün səhər