XazarNamə. > Kino > MTV-nin kino mükafatları
MTV-nin kino mükafatları8.05. |
MTV telekanalı özünün kino mükafatlarına nominantların adlarını açıqlayıb. Belə ki, 2007-ci ilin ən yaxşı filmi uğrunda “Cuno”, “Transformerlər”, “Karib dənizi quldurları-3”, ”Superistiotlar” və “Millətin xəzinəsi-2” filmləri mübarizə aparacaqlar. Hələlik ”Cuno” və “Superistiotlar” müxtəlif nominasiyalar üzrə daha çox yer alıblar. MTV öz mükafatlarını iyunun 1-də təqdim edəcək. Mərasimin aparıcısı qismində Ostin Payers rolu ilə tanınan komik aktyor Mayk Mayers çıxış edəcək. Bu tədbirdə həmçinin “Ən yaxşı öpüş səhnəsi”, “Ən yaxşı qəddar”, Ən yaxşı kino davası” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. Qeyd edək ki, ötən il “Karib dənizinin quldurları-2” filmi ən yaxşı film, onun baş rolu ifaçısı Conni Depp isə ilin ən yaxşı aktyoru kimi MTV-nin mükafatına layiq görülmüşdü.Ömürlük şikəst qadın ayağa qalxıb İngiltərədə yaşayan, neçə illərdir şikəst qalan 39 yaşlı qadın sağalıb. Yorkşir sakini Canet Sayksı 4 həftə müddətində yeni hazırlanan cihazla müalicə ediblər. Bu qurğu ayaq əzələlərini titrədərək onları hərəkət etdirməyə öyrədirmiş. Canet iki il əvvəl yıxılıb boynunu qırmışdı. Bu da onun şikəst qalması ilə nəticələnmişdi. Həkimlər onun heç vaxt gəzə bilməyəcəyini demişdilər. Lakin Camet mütəmadi olaraq müalicə aldığı xəstəxanada yeni cihazın sınağının aparıldığını eşidir və təcrübədə iştirak etməyə razılıq verir. Beləliklə, cəmi 1 aydan sonra qadın gəzməyə başlayır. Mənbə: Gün səhər |