XazarNamə. > Afisha Xeber > Türkiyəni bu il “Eurovision”da təmsil edəcək qrup Bakıya gəlir

Türkiyəni bu il “Eurovision”da təmsil edəcək qrup Bakıya gəlir


8.05.
Xazar.com Məlumdur ki, bu il Serbiyanın paytaxtında keçiriləcək “Eurovision-2008” mahnı müsabiqəsində Türkiyəni ”Mor və ötəsi” rok qrupu təmsil edəcək. Sözügedən qrup bu həftə Bakıya gələcək. Türkiyənin Azərbaycandakı səfirliyindən “GÜN Səhər”ə  verilən xəbərdə deyilir ki, qrupun səfəri mayın 9-da reallaşacaq. “Mor və ötəsi” səfər çərçivəsində həm də İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) qonağı olacaq və konsert proqramı ilə çıxış edəcək. Mayın 9-da isə qrupun iştirakı ilə mətbuat konfransı keçiriləcək. Səfərin mayın 10-da başa çatması nəzərdə tutulub.


Mənbə: Gün səhər