XazarNamə. > Xarici sou-biznes > Kral ailəsinə layiq

Kral ailəsinə layiq


9.05.
Xazar.com 19 yaşlı Britaniya şahzadəsi Beatris, kraliça Yelizavetanın nəvəsi yeni işə düzəlib. Taxt-taca namizədlərin sıralamasında beşinci olan Beatris Londonun məşhur "Selfridges" univermağında satıcı kimi çalışmağa başlayıb. Şahzadə dükana alış-veriş üçün gələn yüksək təbəqələrə məxsus müştərilərə xidmət göstərməlidir. Yaxın bir ay ərzində Beatris həftədə 5 gün səhər 9-dan axşam saat 5-ə kimi çalışmalıdır. Buna görə ona heç bir pul ödənilməyəcək. Univermaqda çalışmaq kral ailəsinin bütün ailələrinə məcburi olan "əmək təcrübəsi" rolunu oynayacaq. Bura gələn ilk müştərilər satıcılar arasında kraliçanın nəvəsini gördükdə təəccüblərini gizlətməyiblər. Qeyd edək ki, artıq bu ilin payızından etibarən Beatris universitetdə təhsil almağa başlayacaq.

Mənbə: Həftə içi