Müğənni sərxoş halda «Sarı» jurnalının əməkdaşına zəng edərək hədə-qorxu gəlib.
Bu gecə saat 02:50-də müğənni Röya sərxoş halda «Sarı» jurnalının əməkdaşına 055 233 69 49 nömrəli telefondan zəng edərək hədə-qorxu gəlib. Müğənni «Sarı»nın 5-ci sayında dərc olunmuş «Röya sevgilisindən ayrıldı» adlı məqaləni və lüt şəkillərini dərc edənləri lənətləyib və redaksiya əməkdaşlarını nalayiq sözlərlə təhqir edib. Röya deyib ki, o, «Çudo peçka» dükanlarının sahibinin oğlu Anardan ayrılmayıb, indiyə qədər də bir yerdədirlər və hamının arzusunu gözündə qoyub Anarla evlənəcəklər.
Qaldı Röyanın jurnalda dərc olunan lüt şəkillərinə, o deyib ki, həmin şəkilləri çəkməkdən ötrü Xose düz bir həftə az qala onun …-dən öpüb. Müğənni sonda onu da deyib ki, onun, qapılarını təpiklə açacaq nazirlər var. «Bir də mənim barəmdə yazsanız, sizin başınıza min oyun gətirəcəyəm». «Sarı» jurnalı müğənninin bu hədə-qorxusuna yalnız belə cavab verib: «Redaksiya öz hüquqlarını qanuni yolla - məhkəməylə müdafiə edəcək».
Mənbə: /ANS PRESS/