Bu ayaqqabılar ayağımın axırına çıxdı
11.05.2008 Yazını böyüt :
Ayaqqabıdan çoxumuz şikayət edirik: “narahatdır”, “ayağımı sıxır”, “yeriyə bilmirəm” və s..
Lakin ayaqqabı seçmək, hansı formada və ölçüdə olması, materialının yumşaqlığı və ya sərtliyi öz əlimizdədir. Materialı sərt və dabanı hündür olan ayaqqabılar narahatlıq törətdiyi üçün ayağın bir nömrəli düşmənidir. Buna görə də ayaqlar üçün elastik və yumşaq ayaqqabılar daha münasibdir. Sağlamlığa ziyanlı olan rezin ayaqqabılar ayağı tərlədir, göbələk və digər dəri xəstəlikləri əmələ gətirir. Buna mütləq diqqət yetirmək lazımdır. Qarşıdan yay gəlir, indi ayaqlar daha çox qulluq tələb edir. Sağlamlığımızın qayğısına qalmaq istəyiriksə, ayaqlarımızın da qayğısına qalmalıyıq. Ona görə də aşağıdakılara əməl etməyimiz daha məqsədəuyğundur:
- Gün ərzində sağlamdabanlı və yumşaq ayaqqabılar geymək lazımdır;
- ayağın ölçüsündən kiçik ayaqqabılar geyməyin. Hətta ayağınızı çox az sıxsa belə...
- ayaqqabı almaq üçün ən münasib vaxt günortadan sonradır. Çünki gün boyunca ayaq şişir;
- ayaqları hər gün ilıq suda, mümkünsə, nəmləndirici sabunla yaxalayın;
- çalışın, dırnaqları düz kəsəsiniz.
Mənbə: Zaman
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

