XazarNamə. > Yerli sou-biznes > Namiq Qaraçuxurlu "Sevmirəm səni" deyəcək

Namiq Qaraçuxurlu "Sevmirəm səni" deyəcək


13.05.
Xazar.com Meyxana ustası Namiq Qaraçuxurlu yeni albom hazırlayır. Diskdə meyxanaçının 10 mahnısı daxil olmaqla yanaşı, duet ortağı Aygün Kazımova ilə ifa edəcəyi yeni kompozisiya da yer alacaq. Bundan başqa, meyxana ustası yeni musiqili meyxana da hazırlayıb. "Sevmirəm səni" adlanan musiqili meyxananı Namiq solo şəklində ifa edəcək. Duetə gəlincə isə o, "N-Brother"in eks-üzvü, gənc müğənni Əbdül Xalidlə duet oxuyacaq. Onların oxuyacağı mahnı isə vətənpərvərlik mövzusundadır.


Mənbə: Üç nöqtə