XazarNamə. > Yerli sou-biznes > "Yeni ulduz" Çingiz Türkiyədə disk buraxdıracaq

"Yeni ulduz" Çingiz Türkiyədə disk buraxdıracaq


13.05.
Xazar.comOna işlərində əcnəbi vətəndaş yardımçı olacaq.
"Yeni ulduz"un iştirakçısı Çingiz Mustafayev Türkiyəyə hazırlaşır. Üzərində böyük bir məsuliyyətin olduğunu deyən gənc müğənni orada disk buraxacaq. Sən demə, restoranların birində mahnı oxuyan Cingizi bir nəfər ingilis görüb və onun istedadını bəyənib. Əcnəbi vətəndaş gənc müğənniyə dəstək məqsədilə ona Türkiyədəki musiqi şirkətlərinin birində disk buraxdıracaq. Çingizin dediyinə görə, onun bu işbirliyi müqavilə əsasında həllini tapacaq. Müğənninin yeni çıxacaq diskində türk, Azərbaycan və ingilis mahnıları yer alacaq. Azərbaycan mahnılarının musiqisini və sözlərini isə müğənninin özü yazır. Özündən yerlə-göy qədər razı olan Çingiz fərqli olduğu üçün bəyənildiyini vurğuladı: "Baxmayaraq ki, Türkiyədə gitara ilə ifa edənlər çoxdur, amma mən onlardan çox fərqli olduğumu görürəm və fərqlənəcəm".


Mənbə: Üç nöqtə