YARIŞMAYA QƏDƏR ONLARIN DAHA BİR MƏTBUAT KONFRANSI KEÇİRƏCƏYİ GÖZLƏNİLİR.
Azərbaycanı "Eurovision"da təmsil edən Elnur Hüseynovla Samir Cavadzadə artıq son hazırlıq mərhələsinə başlayıblar. Böyük bir nümayəndə heyəti ilə yola düşməyə hazırlaşan iştirakçılar səhnəyə mayın 20-də çıxacaqlar. Səhnəyə çıxacaqları günün həyəcanını yaşayan Elnurla Samir Gövhər Həsənzadənin "Day after day" mahnısını ifa edəcəklər. İştirakçılarımızın səfərdə olduqları ölkələrdə bu mahnı yüksək qiymətləndirilib və finala vəsiqə qazanmaqda şanslarının böyük olduğu vurğulanıb. "Mələk və şeytan" cildinə girən Elnurla Samir müsabiqədən bir neçə gün əvvəl Serbiyaya yola düşəcəklər və orada sonuncu məşqlərini edəcəklər. Qeyd edək ki, təmsilçilərimizin yarışmaya qədər daha bir mətbuat konfransının təşkil olunacağı gözlənilir.
Mənbə: Üç nöqtə