Xazar
Xazar Media
  
Xazar bir həyat tərzidir
şou-biznes
sağlam olun
ulduz falı
kino aləmi
münasibətlər
forum
xazarnamə
gündəmdəkilər
foto
əlaqə
Küsənlər barışır...
Xazar.comBrilliant Dadaşova Faiq Ağayevlə eyni səhnəni bölüşüblər.
Sənət adamları arasında umu-küsülüyün, qalmaqalların, incikliklərin tez-tez şahidi oluruq. Son illər ərzində Əməkdar artistlər Faiq Ağayevlə Brilliant Dadaşova arasında yaranan umu-küsülük də həm sənət adamlarının, həm də media nümayəndələrinin diqqətindən qaçmırdı. Təbii ki, onların hər biri bir insan kimi münasibətlərində sərbəstdirlər.
Digər tərəfdən nəzərə alsaq ki, sənət adamları üzdə olan simalardır, təbii ki, belə olan halda onların şəxsi həyatları, münasibətləri həm müzakirə obyekti olur, həm də cəmiyyətin diqqətindən qaçmır. Söhbət açdığımız sənətçilər də uzun illərdir eyni səhnəni paylaşırdılar. Hətta xatirinizdədirsə, bir neçə il öncə onlar arasındakı münasibət o dərəcədə gərginləşdi ki, Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində eyni səhnədə çıxış etməkdən imtina etdilər. Daha dəqiq desək, Əməkdar artist Brilliant Dadaşova birmənalı şəkildə Faiq Ağayevlə eyni səhnədə çıxış etməkdən imtina etdi. Son məqamda hər iki sənətçi həmin mərasimə qatılmadı. Xatırladaq ki, bu, Mədəniyyət Nazirliyinin vəziyyətə verdiyi qiymət nəticəsində qərara alınmışdı. Məhz bu məqam böyük səs-küyə səbəb oldu. Hətta həm mətbuat orqanları, həm də ziyalı təbəqə Brilliant Dadaşovanı qınadılar ki, sənətçi şəxsi ambisiyalarını dövlətyönlü məqamlardan üstün tutur. Əgər söhbət Azərbaycan mədəniyyəti günlərindən gedirdisə, orada sənətçilərin şəxsi münasibətləri kölgədə qalmamalı idi. Məsələyə yenidən müraciətimiz isə təsadüfi deyil. Məlumdur ki, ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi Azərbaycanda yüksək səviyyədə qeyd edilir. Heydər Əliyev hakimiyyəti dövründə hər sahəyə, xüsusilə də sənət adamlarına önəm verirdi. Azərbaycan sənətçiləri də ulu öndərin 85 illik yubiley mərasimində bir araya gəldilər. Məhz bu yubiley mərasimində ulu öndərin ruhuna hörmət edib, şəxsi ambisiyalarını unutdular. Maraqlı məqamlardan biri də o idi ki, əməkdar artistlər Brilliant Dadaşova ilə Faiq Ağayev də məhz Heydər Əliyevin 85 illik yubiley mərasimində eyni səhnəni paylaşdılar. Bu isə sevindirici və təqdirəlayiq haldır. Ona görə ki, sənətçilərimiz umu-küsülüyü, incikliyi unudub azərbaycanlı həmrəyliyini nümayiş etdirdilər.




Yazdı: Tahirə ( Şərq qəzeti )
 
Rubrikalar
Yerli Şou-biznes
Xarici Şou-biznes
Sağlam olun
Ulduz falı
Münasibətlər
Kino aləmi
Sorğu
Göndərdikləriniz
Afişa
Afişa xəbər
VİP Club
Həmçinin oxuyuruq
>>"Bir uşaq bəsimdir"...
Xazar NameAilədə tək olan və hər istəyi qısa bir vaxtda yerinə yetirilən uşaqlar bu imtiyazların həmişə davam etməsini istəyirlər.. >>>

>>"Yaprak dökümü"nün Fikrəti fahişə rolundə çəkiləcək
Xazar Name"Göydən üç alma düşdü" filminin 1 milyon dollar büdcəsi var. >>>

>>Sağlam saçlara qovuşmaq istəyirsinizmi?
Xazar NameƏgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin: >>>

Səsvermə

Faiq Ağayev
Nura Suri
Nüşabə Ələsgərli
Ruhi
Heç biri
Cavab verməkdə çətinlik çəkirəm




Xazar | Xazar.info | Forum | Mobile | Chat | G:)lməcə  
© Copyright 2004-2006 by Xazar.com™ - İdeya Rambler Holdingin bənzər proekti əsasındadır. Jurnalın tərtibatı Xazar internet birliyinə aiddir. İnformasiya dəstəyi Xazar Media İzləmə Mərkəzi tərəfindən verilməkdədir. Bütün hüquqları Azərbaycan Respublikasının qanunları əsasında Xazar birliyi tərəfindən qorunur.