Rusiya təmsilçisi Dima Bilan "Avroviziya-2008" mahnı müsabiqəsinin qalibi oldu

25.05.2008 Yazını böyüt :       

Xazar.comAzərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə isə bu müsabiqəni ilk onluqda başa vurdu.

Belqradda «Avroviziya-2008» mahnı müsabiqəsinin finalı başa çatıb. Rusiya təmsilçisi Dima Bilan «Avroviziya-2008» müsabiqəsinin qalibi oldu. Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadə isə müsabiqədə 8-ci yeri tutub.

Birinci yer uğrunda 25 iştirakçı mübarizə aparıb. Televiziya tamaşaçıları və milli münsiflər tərəfindən seçilmiş finalçılar bunlar idi:Kalomira (Yunanıstan), Niko və Vlad dueti (Rumıniya ), Laka (Bosniya və Herseqovina), "Terasbetoni" rok qrupu (Finlandiya), Boaz (İsrail), Siruşo (Ermənistan), Elnur və Samir dueti (Azərbaycan), Ayzis Ci (Polşa), Mariya (Norveç), Ani Lorak (Ukrayna), "Kraljevi ulice & 75 cent" (Xorvatiya), Olta Boka (Albaniya), "Euroband" dueti (İslandiya), Dina Qurtskaya (Gürcüstan), Saymon Metyu (İsveçrə), Şarlott Perrelli (İsveç), "Pirates of the Sea" (Latviya), "Mor ve Ötesi" qrupu (Türkiyə), Vania Fernandes (Portuqaliya), Sebastyan Teller (Fransa), Andi Abraham (Böyük Britaniya), "No Angels" qrupu (Almaniya), Yelena Tomaşeviç (Serbiya). Azərbaycan, Elnur Hüseynov və Samir Cavadzadənin oxuduğu, sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus olan «Day after day» mahnısı ilə təmsil olunub. Həmyerlilərimizin çıxış sırası 20-ci idi.

Belqrad müsabiqəsinin təşkilatçıları bir neçə rekorda imza atıb: ilk dəfə «Avroviziya»da 43 ölkə iştirak edir, Belqraddan 3500 jurnalist reportaj verib. İTAR-TASS-ın məlumatına görə, Serbiya paytaxtındakı festivalın 18 min qonaq olub. Müqayisə üçün qeyd edək ki, «Avroviziya-2007»-nin 15 min tamaşaçısı olub.

"Avroviziya-2008"də Azərbaycan Elnur Hüseynov və Samir Cavadzadənin oxuduğu, sözləri Zəhra Bədəlbəyli, musiqisi Gövhər Həsənzadəyə məxsus olan «Day after day» mahnısı ilə təmsil olunur. Həmyerlilərimizin çıxış sırası 20-cidir.



Mənbə: /ANS PRESS/

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

Detallar Mənbə :

Oxunub: 436 dəfə Çap variantı
Reyting: Reyting: 4 (səslər: 6)
Sizin qiymət:
Xəbəri paylaş magazin Google magazin Live magazin Myspace magazin Facebook magazin Delicious magazin Digg magazin Xəbərnamə
Bu xəbərin adresi:
reklam

hemcinin oxuyuruq

Çirkin kişilər niyə daha cazibədardır?

Xazar NameKişilər hər vəziyyətdə "gözəl qadın" axtararkən, qadınlar isə qüsurlarını "yaraşıqlı olmaq" üstünlüyünün arxasına gizləməyən kişiləri seçirlər. >>>

Dünyanın Dayandığı Gün - The Day the Earth Stood Still

Xazar NameFantastik film klassikası halına gəlmiş "The Day the Earth Stood Still" yenidən ekranlaşdırıldı. >>>

Ürəyi xəstə olanlar yatarkən yun corab geyməlidirlər

Xazar NameQış aylarında ürəyindən şikayət edənlər mümkün qədər çölə az çıxmalıdırlar. >>>

anket

Kino filmləri necə seyr etməyə üstünlük verirsiz?
    • Kinoteatrda
    • TV kanallarda
    • DVD`də
    • Ev kinoteatrında
    • Fərqi yoxdur

Keçidlər