Rusiyanın "Qardaşlar" teleserialında baş rollardan birini həmyerlimiz Fuad Osmanov oynayır
2.06.2008 Yazını böyüt :
Serial ORT telekanalında həftənin dörd günü axşam saatlarında nümayiş olunur.
Rusiyanın istehsal etdiyi “Qardaşlar” teleserialında baş rollardan birini həmyerlimiz Fuad Osmanov oynayır. Bu barədə "Komsomolskaya pravda" qəzeti məlumat verib. Serial ORT telekanalında həftənin dörd günü axşam saatlarında nümayiş olunur. Fuad Osmanovun sözlərinə görə, onu hətta Moskva gömrükçüləri də tanıyırlar.
“Qardaşlar” filmi – bizim hamımız, ümumi “pis ata”mız Sovet İttifaqı, miras olaraq isə hamımızın keçmiş qardaş xalqları arasında doğma bağlar əldə etdiyimiz barədə tarixdir. Biz bir yerdə necə yaşamalıyıq? Qarşılıqlı ədavətin öhdəsindən necə gələk? Filmin qəhrəmanları dərhal olmasa da bunu bacarır.
Film yalqız təqaüdçü, keçmiş dənizçi, qadın pərəstişkarı və 70 yaşına çatmasına baxmayaraq hələ də ailə qurmayan İvan Petroviç Vorobyov barədə rəvayət edir. “Dəniz canavarı” bundan tamamilə əziyyət çəkmir: yeni sevgililər və köhnə şəkillər onun asudə vaxtını doldurur. Amma bir dəfə , gözlənilmədən İvan Petroviç öyrənir ki, onun keçmiş sevgililərindən doğulan üç böyük oğlu var...
Qardaşlar çox müxtəlifdir. Rus- lovğa, boşboğaz və pis-biznesmendir, daima qeyri-qanuni situasiyalara düşür. Yəhudi- mötəbər və görkəmlidir, Dövlət Dumasının deputatıdır. Qafqazlı- “marşrutka” sürücüsüdür, bu yaxınlarda ailəsi ilə paytaxta gəlib...
Azərbaycanın əməkdar artisti Fuad Osmanov həmin sürücü rolunu ifa edir. Qeyd edək ki, Rüstəm rolu aktyorun rus televiziyasında ilk rolu deyil. O, “Rus tərcüməsi” filmində mayor Mənsur obrazını da oynamışdı.
Serialın çəkilişləri Sankt-Peterburqda keçirilib.
Mənbə: /ANS PRESS/
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytına hiper linklə istinad zəruridir.

