
Avqust ayında Qırğızıstanın İssık-Kul şəhərində Şanxay Ölkələrinin Birgə Əməkdaşlıq Təşkilatının II festivalında 3 Azərbaycan filmi də təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən aldığımız məlumata görə, seçim üçün nəzərdə tutulmuş "Dua" və "Kəpənək qanadları" filmləri artıq festivalın təşkilat komitəsinə göndərilib. Üçüncü film olan "Yaxşılığın dadı" cizgi filmi də bu yaxınlarda göndəriləcək. Qırğızıstan festivalında ən yaxşı film "Altun Tunduk" mükafatına layiq görülür. Builki İssık-Kul kinofestivalının fəxri qonaqlarından birinin Ceki Çan olacağı gözlənilir.
Yazdı: Samirə (Həftə içi)