Xazar
Xazar Media
  
Xazar bir həyat tərzidir
şou-biznes
sağlam olun
ulduz falı
kino aləmi
münasibətlər
forum
xazarnamə
gündəmdəkilər
foto
əlaqə
"Bir uşaq bəsimdir"...

Xazar.comAilədə tək olan və hər istəyi qısa bir vaxtda yerinə yetirilən uşaqlar bu imtiyazların həmişə davam etməsini istəyirlər.

Tələblərinə cavab vermədikdə isə təzyiq göstərir və ya ruh düşkünlüyünə məruz qalırlar.
Əsasən şəhər həyatı sürən ailələrin əksəriyyəti tək uşaqla kifayətlənir. Əlbəttə, bu, maddi vəziyyətlə, imkansızlıqla da bağlı ola bilər, iş həyatı və ya “bir uşaq bəsimdir” düşüncəsi ilə də...
Valideynlərindən bütün istəklərini yerinə yetirməyi tələb edən bu uşaqlar əsasən sakit, passiv və utancaq olurlar. Belə uşaqlar yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkir, problemlərini həll etmək üçün ata-anaya daha çox ehtiyac duyurlar.
Öz ehtiyaclarını ödəməkdə çətinlik çəkən bu uşaqlar ətrafındakılara qarşı aqressiv olur və ya kifayət qədər sevilmədiklərini düşünərək özlərinə qapılırlar.
Ailədə tək doğulan uşaqlar evdə özləri sərbəst davranmağı, öz işlərini görməyi bacarmalıdırlar. Əgər ailə daha çox mühafizəkardırsa, yəni uşağı bir an da olsun gözdən qoymursa, onda uşaq valideynlərsiz heç bir şey edə bilməyəcəyini düşünür və özünə inamı azalır.
Mütəxəssislər uşağın məktəbə getməsinin, yaşıdları ilə oynamasının, ünsiyyət qura bilməsinin onun psixologiyasında, normal inkişafında əsas rol oynadığını bildirirlər.

Təkuşaqlı ailələr nə etməlidirlər?

1. Uşağınıza yaşına uyğun qaydalar qoyun.
2. Gözləməyi və səbir etməyi öyrədin. Hər istəyini o  dəqiqə yerinə yetirməyə çalışmayın.
3. Üç yaşından sonra yaşıdları ilə, ya da başqa uşaqlarla bir yerdə olmasına imkan verin.
4. Uşağınızın da söz demək haqqı var, ancaq yenə də bütün qərarları onun ixtiyarına buraxmayın.
5. Yemək yemək, geyinib-soyunmaq, təmizlik kimi işləri özünün yerinə yetirməsinə şərait yaradın.
6. Ortaya çıxan hər hansı bir problemə görə uşağı həddindən artıq tənqid atəşinə tutmayın...



Yazdı: Yeganə Məmmədova (Zaman)

 
Rubrikalar
Yerli Şou-biznes
Xarici Şou-biznes
Sağlam olun
Ulduz falı
Münasibətlər
Kino aləmi
Sorğu
Göndərdikləriniz
Afişa
Afişa xəbər
VİP Club
Həmçinin oxuyuruq
>>"Bir uşaq bəsimdir"...
Xazar NameAilədə tək olan və hər istəyi qısa bir vaxtda yerinə yetirilən uşaqlar bu imtiyazların həmişə davam etməsini istəyirlər.. >>>

>>Ancelina Coli casus trillerində baş rolu ifa edəcək
Xazar NameHollivud ulduzu kinoda Rusiya xüsusi xidmət orqanları ilə işbirliyində ittiham olunan Mərkəzi Kəşfiyyat İdarəsinin agenti rolunu ifa edəcək. >>>

>>Sağlam saçlara qovuşmaq istəyirsinizmi?
Xazar NameƏgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin: >>>

Səsvermə

Faiq Ağayev
Nura Suri
Nüşabə Ələsgərli
Ruhi
Heç biri
Cavab verməkdə çətinlik çəkirəm




Xazar | Xazar.info | Forum | Mobile | Chat | G:)lməcə  
© Copyright 2004-2006 by Xazar.com™ - İdeya Rambler Holdingin bənzər proekti əsasındadır. Jurnalın tərtibatı Xazar internet birliyinə aiddir. İnformasiya dəstəyi Xazar Media İzləmə Mərkəzi tərəfindən verilməkdədir. Bütün hüquqları Azərbaycan Respublikasının qanunları əsasında Xazar birliyi tərəfindən qorunur.