XazarNamə. > Xarici sou-biznes > Yeni dünya gözəli seçildi

Yeni dünya gözəli seçildi


14.07.2008.

Xazar.comBu, Venesueladan olan 22 yaşlı Dayana Mendosadır.

Vyetnamda keçirilən dünya gözəllik müsabiqəsinin qalibi məlum olub. Bu, Venesuela nümayəndəsi olan 22 yaşlı Dayana Mendosadır. O, bir milyard teletamaşaçının izlədiyi 57-ci müsabiqənin qalibi olub. Dünya gözəlinə Vyetnamın zərgərlik firmalarından birinin hazırladığı 120 min dollarlıq tac təqdim edilib.

Qeyd edək ki, yarışmanın final mərhələsində Venesuela nümayəndəsi ilə yanaşı Kolumbiya, Dominikan Respublikası, Rusiya və Meksiya gözəlləri də düşüblər.

Müsabiqənini final mərhələsi hadisəsiz keçməyib. Gecə paltarını nümayiş etdirən amerikalı gözəl səhnədə büdrəyərək yıxılıb. Buna baxmayaraq, o, özünü itirməyərək qalxıb və heç nə olmamış kimi podiumla hərəkətini davam etdirib. Xatırladaq ki, ötən il də ABŞ-nın nümayəndəsi eyni hadisə ilə üzləşmişdi.
Şəkillərə burada baxa bilərsiniz.


Mənbə: /ANS PRESS/