XazarNamə. > Xarici sou-biznes > Primadonna yenə ərə gedir

Primadonna yenə ərə gedir


17.07.
Xazar.com Rusiya estradasının tanınmış ulduzu Maksim Qalkin keçmiş sovetlər məkanının ən populyar müğənnisi Alla Puqaçova ilə toya hazırlaşır. O hətta primadonnaya 1 milyon dollar dəyəri olan nişan üzüyü də alıb. Maksim üzüyü Yurmalada qastrolda olduğu vaxt alıb. Zinət əşyası ağ və sarı qızıldan hazırlanıb, üzəri isə çoxsaylı brilyantlarla bəzədilib. Hələlik Alla Borisovna bu üzüyü görməyib. Çünki Qalkin Yurmaladan Vitebsk qastroluna üz tutub. Buna rəğmən primadonna darıxmağa imkan tapmır. İndi onun gününün çox hissəsi dostu Valentin Yudaşkinin yanında keçir. Tanınmış modelyer Puqaçova üçün toy paltarı tikir. Xatırladaq ki, bu toy baş tutarsa, Puqaçova artıq 5-ci dəfə ailə qurmuş olacaq. Qalkin də mərasimə ciddi hazırlaşır. Hazırda onun Moskva ətrafındakı malikanəsindəki təmir işləri sona çatmaq üzrədir. Orda çalışan fəhlələrdən biri bildirib ki, hər gün qəsrə yeni əşyalar gətirilir: "Dünən kiçik futbol meydançasını xatırladan bir çarpayı quraşdırdıq. O, 3-cü mərtəbədəki yataq otağındadır". Toy mərasiminə 400 nəfərin dəvət olunacağı bildirilir. Qalkin ailə qurmasını qeyd etmək üçün 400 min dollar xərcləməyi planlaşdırır.


Mənbə: Həftə içi