O, yeni albomu ilə yenidən musiqi olimpinin zirvəsinə qayıtmaq niyyətindədir.
Normal həyata qayıdan Britni Spirs yay mövsümünü yeni albom çıxarmağa həsr edib. Onun dostlarının bildirdiyinə görə bu albomla müğənni yenidən musiqi olimpinin zirvəsinə qayıtmaq niyyətindədir. Spirs ona pislik edənlərə musiqisi ilə cavab verəcək. Albomdakı mahnılardan biri « Ey ana, mən bilirəm ki, pullarımı axtarırsan», adlanır. Bununla Spirs anasına onun puluna göz dikməkdən əl çəkməsi mesajını vermək istəyir. "Already Bad" adlı mahnısında isə o bildirir ki, Castin Timberlek əslində onun birinci sevgilisi olmayıb. «Bilirəm, sən düşünürsən ki, mənim ilk sevgilim olubsan, lakin səndən çox əvvəl öz susuzluğumu söndürmüşəm, mən artıq pozğun qız idim», mahnıda bildirilir. Ona yaxın mənbənin bildirdiyinə görə, mahnıların əksəriyyəti sürətli rəqslərlə tamaşaçıları məmnun edəcək.
Mənbə: "Üç nöqtə"