XazarNamə. > Xarici sou-biznes > "Avroviziya-2009" müsabiqəsi Moskvada keçiriləcək

"Avroviziya-2009" müsabiqəsi Moskvada keçiriləcək


22.07.

Xazar.comVladimir Putin bu barədə qərar verib.
Rusiyanın baş naziri Vladimir Putin “Avroviziya-2009” mahnı müsabiqəsinin Moskvada keçirilməsi barədə qərar verib. “Moskvadakı obyektlərin hazırlıq səviyyəsini, infrastrukturun inkişafını və xərclərin minimumlaşdırmaq imkanını nəzərə alaraq “Avroviziya-2009” müsabiqəsini Moskvada keçirəcəyik”, deyə Putin Rusiya hökumətinin rəyasət heyətinin iclasında bildirib.
O, baş nazirin müavini Aleksandr Jukova müsabiqəyə hazırlıq və müsabiqənin keçirilməsi planını təqdim etməyi tapşırıb.
Qeyd edək ki, Rusiya Dima Bilanın “Avroviziya -2008”də qələbəsi ilə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2009-cu ildə bu ölkədə keçirilməsi üçün hüququ əldə edib.
 
Mənbə: /ANS PRESS/