Fransanın birinci xanımı və «Mənim otuz məşuqum olub» mahnısının sözlərinə aydınlıq gətirib.
Keçmiş model, hazırda isə Fransanın birinci xanımı Karla Bruni, gəncliyində çılpaq şəkillər çəkdlirməsinin səbəblərinə və «Mənim otuz məşuqum olub» mahnısının sözlərinə aydınlıq gətirib.
O, Paris Match jurnalına müsahibəsində öz reputasiyasını bərpa etməyə çalışıb. Xatırladaq ki, iyulun 11-də Karla Bruninin yeni musiqi olbomu satışa çıxarılıb. O, mahnılarından birində belə oxuyur: «Mən 40 yaşıma və 30 məşuqum olmasına baxmayaraq hələ də uşağam». Karla Bruni, sözlərinin də özünə məxsus olduğu mahnının mənasına belə aydınlıq gətirib: «Bu, qafiyə üçün deyilib. «Otuz» «On beş»lə müqayisədə daha yaxşı səsləni. Mən mahnı yazarkən, həyatımdakı hadisələrin hesabını aparmıram və həyatı ümumilikdə necə yaşadığım barədə yazıram. Çalışıram ki, sözlərlər müsiqini birləşdirim».
Karla Bruni, jurnallarla çılpaq şəkillərinə də aydınlıq gətirib və bildirib ki, hələ gənc yaşlarında da riskləri sevməyib. O, çılpaq şəkillərini xatırladaraq, deyib: «Birincisi, mən çox cavan idim. İkincisi, mən model olmuşam. Mənim İşim paltar ceyinmək olub və bu çox göz idi. Öz libasımı isə müzakirə etmək istəmirəm».
Kişilərlə bağlı məsələyə toxunan Karla Bruni bildirib ki, 53 yaşlı Fransa prezidentinə ərə getməzdən əvvəl bir çox məşhurlarla birlikdə olub. Onun məşuqlarının siyahısında Böyük Britaniyanın rok ulduzları Mik Caqqer və Erik Kleptonun, Fransanın sabiq baş naziri Loren Fabiusun və digər tanınmış kişilərin adına rast gəlmək olar.
Mənbə: /ANS PRESS/