Xazar
Xazar Media
  
Xazar bir həyat tərzidir
şou-biznes
sağlam olun
ulduz falı
kino aləmi
münasibətlər
forum
xazarnamə
gündəmdəkilər
foto
əlaqə
Aygün: "Rəqsanəyə yazığım gəlir"
Xazar.com Rəqsanə ilə Aygün arasında soyuq müharibə bitmək bilmir ki, bilmir. Gah o buna, gah da bu ona təhqiramiz sözlər deməkdən çəkinmirlər. Rəqsanənin Aygünə xitabən dediyi "Aygün cavanlardan nə istəyir" sözləri əməkdar artistə pis təsir etdiyindən onun cavabını verməyə tələsdi. Bu dəfə də Aygün "Rəqsanəyə yazığım gəlir" dedi: "Mənim bu insana çox yazığım gəlir. Mən əməkdar artistəm, inşallah, xalq artisti adını da alacağam. Amma o, həyatı boyu heç nəyə nail ola bilməyəcək. Artıq heç bir plastik əməliyyat da ona kömək etməyəcək. O, xalqın da, həmkarlarının da gözündən düşüb. Cəmiyyət artıq bu insana inanmır. Çünki hər gün bir şey uydurub danışır. Rəqsanə xalq qarşısında olmayan inamını da itirib. Xalqın etibarını qazanmaq isə həddən artıq çətindir". Aygün Kazımova Rəqsanənin özünü cavan adlandırmasına da güldü: "Görəsən, onun neçə yaşı var ki, özünü məndən gənc hesab edir? Elə mən yaşdadır da. 30-dan yuxarı onun yaşı var, 36 da mənim. Ümumiyyətlə, sənətdə yaş söhbəti etmək özü bir səviyyəsizlikdir. Rəqsanə də özünün nə qədər səviyyəsiz olduğunu indi yox, çoxdan sübut edib".


Yazdı: Xatirə (Həftə içi)
 
Rubrikalar
Yerli Şou-biznes
Xarici Şou-biznes
Sağlam olun
Ulduz falı
Münasibətlər
Kino aləmi
Sorğu
Göndərdikləriniz
Afişa
Afişa xəbər
VİP Club
Həmçinin oxuyuruq
>>"Bir uşaq bəsimdir"...
Xazar NameAilədə tək olan və hər istəyi qısa bir vaxtda yerinə yetirilən uşaqlar bu imtiyazların həmişə davam etməsini istəyirlər.. >>>

>>Ancelina Coli casus trillerində baş rolu ifa edəcək
Xazar NameHollivud ulduzu kinoda Rusiya xüsusi xidmət orqanları ilə işbirliyində ittiham olunan Mərkəzi Kəşfiyyat İdarəsinin agenti rolunu ifa edəcək. >>>

>>Sağlam saçlara qovuşmaq istəyirsinizmi?
Xazar NameƏgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin: >>>

Səsvermə

Faiq Ağayev
Nura Suri
Nüşabə Ələsgərli
Ruhi
Heç biri
Cavab verməkdə çətinlik çəkirəm




Xazar | Xazar.info | Forum | Mobile | Chat | G:)lməcə  
© Copyright 2004-2006 by Xazar.com™ - İdeya Rambler Holdingin bənzər proekti əsasındadır. Jurnalın tərtibatı Xazar internet birliyinə aiddir. İnformasiya dəstəyi Xazar Media İzləmə Mərkəzi tərəfindən verilməkdədir. Bütün hüquqları Azərbaycan Respublikasının qanunları əsasında Xazar birliyi tərəfindən qorunur.