XazarNamə. > Xarici sou-biznes > Ancelina Colinin atası ilə münasibətləri pozulub

Ancelina Colinin atası ilə münasibətləri pozulub


23.07.

Xazar.comSon 6 ildir onlar bir kəlmədə kəsməyiblər.
   Ancelina Coli Voyt uzun illərdi atası, məşhur aktyor Con Voytla əlaqə saxlamır və onun soyadını daşımır. O, bir dəfədə olsa atasına «Oskar» mükafatını qazandıran «Evə qayıdış» filminə baxmayıb. Buna səbəb filmdə çəkilmiş bir qadındır ki, Voyt ona görə ailəsini tərk edib. Düzdür, 2000-ci ildə Ancelina Coli «Dayanmış həyat» filimindəki yaratdığı rola görə mükafat alarkən xatırlayıb. Coli «ikinci planda ən yaxşı rol»a görə qızıl heykəlciyi alarkən bildirib ki, mükafatı atası Voyta- «əla aktyor və gözəl ataya» həsr edir. Lakin münasibətlərin qurulmasına bu kifayət etməyib. Voyt əvvəlcə qızının davranışlarını tənqid edib, sonra isə əlaqəni kəsib. Artıq 6 ildir onlar demək olar ki, bir-birini görmürlər və bir kəlmə belə kəsməyiblər.

  

Mənbə: "Üç nöqtə"