XazarNamə. > Yerli sou-biznes > Aygün: "Rəqsanəyə yazığım gəlir"
Aygün: "Rəqsanəyə yazığım gəlir"23.07.2008. |
Rəqsanə ilə Aygün arasında soyuq müharibə bitmək bilmir ki, bilmir. Gah o buna, gah da bu ona təhqiramiz sözlər deməkdən çəkinmirlər. Rəqsanənin Aygünə xitabən dediyi "Aygün cavanlardan nə istəyir" sözləri əməkdar artistə pis təsir etdiyindən onun cavabını verməyə tələsdi. Bu dəfə də Aygün "Rəqsanəyə yazığım gəlir" dedi: "Mənim bu insana çox yazığım gəlir. Mən əməkdar artistəm, inşallah, xalq artisti adını da alacağam. Amma o, həyatı boyu heç nəyə nail ola bilməyəcək. Artıq heç bir plastik əməliyyat da ona kömək etməyəcək. O, xalqın da, həmkarlarının da gözündən düşüb. Cəmiyyət artıq bu insana inanmır. Çünki hər gün bir şey uydurub danışır. Rəqsanə xalq qarşısında olmayan inamını da itirib. Xalqın etibarını qazanmaq isə həddən artıq çətindir". Aygün Kazımova Rəqsanənin özünü cavan adlandırmasına da güldü: "Görəsən, onun neçə yaşı var ki, özünü məndən gənc hesab edir? Elə mən yaşdadır da. 30-dan yuxarı onun yaşı var, 36 da mənim. Ümumiyyətlə, sənətdə yaş söhbəti etmək özü bir səviyyəsizlikdir. Rəqsanə də özünün nə qədər səviyyəsiz olduğunu indi yox, çoxdan sübut edib".Yazdı: Xatirə (Həftə içi) |