XazarNamə. > Xarici sou-biznes > Rus gözəlinin türkiyəli nazir sevgilisi

Rus gözəlinin türkiyəli nazir sevgilisi


23.07.2008.

Xazar.com   Rusiyada televiziya filmlərində aldığı rollarla məşhurlaşan Yelena Korikovanın bir vaxtlar Türkiyənin dövlət nazirlərindən birinin sevgilisi olduğu ortaya çıxıb. Bu barədə «Trud» qəzeti məlumat yayıb. Korikovanın bir neçə ay ərzində adı gizli saxlanılan rusiyalı milyarderlərindən biri ilə evlənəcəyi bildirilir.

   Qəzet gözəl aktrisanın son illərdə məhəbbət əlaqələrini sıralayarkən türkiyəli nazir Tüzmənin adını da çəkib. Korikovanın evlilik tarixi ilə bağlı qəzetə açıqlama verən yardımçısı, «Korikova çoxdandır evlənmək və ailə qurmaq istəyirdi. Amma istədiyi kişini tapmaqda çətinlik çəkirdi. Bir vaxtlar yazıçı Dmitri Lipsker ilə birlikdə oldu. Sonra klip rejissoru Maksim Osadçin ilə yaxın münasibət qurdu. Onunla münasibətlərin davam etiməyəcəyini görən Korikova bir müddət məşhur tennisçi Marat Safinlə (Roman Abramoviçin sevgilisi Darya Jukova da bir vaxtlar onun sevgilisi olub) birgə yaşadı. Korikovanın xarici tanışları arasında Türkiyənin xarici ticarət naziri Kürşad Tüzmən da var», deyib.

    Kürşad Tüzmən ilə Rus TV ulduzu Yelena Korikovanın dörd il öncə Türkiyə markalarını geniş tanıtmaq üçün Turquality layihəsi çərçivəsində Moskvada keçirilən tədbirdə tanış olduqlarını xatırladıb.

  

  

Mənbə:  “Üç nöqtə”