Bu səbəbdən müğənninin Qazaxıstanda verəcəyi konsert təxirə salınıb.
Türkiyənin tanınmış müğənnisi, meqastar Tarkanın səs tellərində problem yaranıb. Türkiyə mətbuatına müğənninin yaxınlarının bildirdiyinə görə, Tarkan səhhətindəki narahatlıqlar səbəbindən Qazaxıstanın paytaxtında bu gün verəcəyi konsert təxirə salınıb. Yaxınları onun keçən həftə Kiprdə konserti zamanı xəstələndiyini və səs tellərində bəzi problemlər meydana gəldiyini bildiriblər. Bununla belə, Tarkanın yeddi illik sevgilisi Bilgə Öztürklə ayrıldıqdan sonra bəzi problemlər yaşadığı və bu səbəbdən konsertini təxirə saldığı da söylənilir.
Konserti təşkil edən səlahiyyətlilər meqastarın Qazaxıstan səfərinin sentyabrda baş tutacağını bildiriblər.
Mənbə: /ANS PRESS/